Bu alimlərin tamamı öz sahələrində çox böyük isimlərdi Alfred Kantorowicz, Philipp Schwartz, Hans Reichenbach, Walther Kranz, Von Aster, Albert Eckstein, Eduard Zuckmayer, Clemens Holzmeister, Carl Ebert, Paul Hindemith, Friedrich Dessauer, Rudolf Nissen, Erich Frank, Von Hippel, Von Mises, Fritz Arndt, Elwin Finlay Freundlich, Gerhard Kessler, Alfred Kantorowicz, Joseph Igersheimer, Ernst Hirsch, Bruno Taut, Curt Kosswig, Fritz Baade, Clemens Bosch.. Kimdir bu insanlar, bilirsizmi? Hitler iqtidara gələndən sonra təqib edilən, işkəncələrə məruz qalan, konslagerlərə göndərilən yüzlərlə alimlərdən bəziləri… Konslagerlərdə ölümə tərk edilmişdilər. Bir gün “azadsınız” söylədilər onlara, “ancaq ölkəni tərk etməlisiniz” dedilər. Çaşdılar, anlamadılar, nə baş verirdi? Bu bir möcüzə idi. Əslində isə möcüzə deyildi… İşin arxasında bir insan vardı – Mustafa Kemal Atatürk. Bu alimlərin tamamı öz sahələrində çox böyük isimlərdi… O illərdə Türkiyədə cəmi bir universitet vardı. Milli Təhsil naziri Reşit Galip Almaniya ilə bir anlaşma imzaladı. Tarix 6 iyul 1933 idi. Hans Reichenbach riyazi məntiqi, Walther Kranz filologiya, latın və yunan dillərini, Von Aster fəlsəfə tarixini, Clemens Bosch antik tarix və numizmatikanı, Albert Eckstein pediatriyanı, Eduard Zuckmayer bəstəkarlığı, Clemens Holzmeister memarlığı, Carl Ebert ve Paul Hindemith klassik musiqi, opera və baleti, Friedrich Dessauer və Erich Frank tibbi radiologiyanı, Fritz Arndt kimyanı, Von Mises statistikanı, Elwin Finlay-Freundlich astronomiyanı, Kantorowicz stomatologiyanı, Igersheimer oftalmologiyanı, Ernst Hirsch hüquq və kitabxanaçılığı, Gerhard Kessler sosioloji hüququ, Bruno Taut modern memarlığı, Curt Kosswig zoologiyanı, Fritz Baade kurortologiyanı Türkiyəyə gətirildilər, dərs dedilər, kurslar yaratdılar, universitetlərdə kafedralar qurdular, yüzlərlə, minlərlə Türk gənci yetişdirdilər. Mustafa Kemal Atatürk Hitlerin zülmündən 150-yə yaxın elm adamını xilas etdi. O insanlar da hər şeylərini Türkiyəyə verdilər… Atatürk belə uzaqgörən, millətini belə sevən, onun gələcəyini düşünən bir dahi idi. Onun bütün Dünya tərəfindən bu qədər qəbul görməsi, Böyük Lider kimi tanınması bu misaldan da aydın olur. Ahmet Özgür Türen tərəfindən hazırlanan "Atatürk'ün Ülkesine Sığınanlar" kitabında bir xeyli başqa maraqlı örnəklər də var...Müəllif: İbrahim Nəbioğlu