Haqqında bəhs edəcəyimiz Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası 1920-ci ildə yaradılıb. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
Təsəvvür edirsiniz, kinostudiya 15 ilə başa gəlib... 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İstehsalat Birliyi yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 20.05.1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31.05.1989-cu il tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edilib. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.
Bir daha qeyd etmək istəyirik ki, loru dildə desək, bura kino fabrikidir, kino pavilyondur, burada kino çəkilir, kino istehsal edilir...Belə bir industriyanı başa gətirmək üçün 100 milyonlar lazımdır... Təsəvvür edirsiniz, ən məşhur filmimiz olan “Dədə Qorqud” filminin bəzi pərdələri bu ərazidə, bu pavilyonda çəkilib. Eləcə də digər məşhur filmlərimiz. İndi bu kinostudiyanın ərazilərini kimlərsə "Ləvəngi" restoranının sahibinə satıb, kino pavilyonlar müxtəlif sahələr üzrə icarəyə verilib, bəs biz harada film çəkəcəyik..? 30 ildir dövlətimizin ərazisində qanlı müharibələr gedir, minlərlə şəhidimiz, qazimiz var. Bəs nə vaxt bu tarixdən bəhs edəcək bir film ortaya çıxacaq..? Son 30 ildə Azərbaycan kino rejissorları ortaya bir samballı film qoya bilməyiblər. Hansı ki, bu gün dövlətimiz kino çəkilişləri üçün sovet dövründəkindən 10 dəfə artıq maliyyə ayırır. Amma kinostudiyanın rəhbərlərinin marağı deyəsən tükənib Azərbaycan kinosuna. Sovet dövründə bizim məşhur filmlərimiz çəkilib.
Bu gün cənab Prezidentimiz hər dəfə böyük məbləğdə kino istehsalına maliyyə ayırır. Rejissorlarımız, ssenaristlərimiz ancaq ev, mənzil, fəxri ad davası edirlər. Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezidentimiz İlham Əliyev büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Pullar Mədəniyyət Nazirliyi tərəfindən acgözlüklə yeyildi. O pulun heç bir faizi də belə kinoya sərf olunmadı. Bütün bunlar azmış kimi indi məlum olur ki, ümumiyyətlə, Kinostudiyanın ərazisini satıblar. Bəli, “Azərbaycanfilm” kinostudiyasının həyətini özəlləşdiriblər.
Mediada yayılan məlumatdan bəlli olur ki, kinostudiyanın həyətinin böyük bir hissəsi, daha dəqiq desək 4 hektar ərazi, “Tərəqqi” tikinti şirkətinə verilib. Dövlət Əmlak Komitəsi məsələyə aydınlıq gətirib: Ərazi Mədəniyyət nazirliyinin və kinostudiya rəhbərliyinin icazəsi ilə özəlləşdirilib. Hələ bu harasıdır..? Kinostudiyanın ərazisi hissə-hissə taxta sexlərinə icarəyə verilib. Və üstəlik kinostidiyanın böyük bir ərazisi “Ləvəngi” restoranı tərəfindən zəbt olunub. “Ləvəngi” restoranın sahibi Hacı Səxavət əslən Lənkəranlıdır və müxalifətçi, AXCP sədri Əli Kərimlinin yaxın dostudur. Hacı Səxavət eyni zamanda azərbaycanlı iş adamı, hazırda Türkiyədə yaşayan Mübariz Mənsimovun yaxın dostudur, Şeyx Allahşükür Paşazədə ilə yaxın dost münasibətləri var.
Biz bir media olaraq hesab edirik ki, kinostidiya millət üçün MƏBƏD-dir, buranı zəbt etməyə, satmağa kimsənin haqqı yoxdur. Ona görə də “Ləvəngi” restoranın sahibi Hacı Səxavət kinostudiyanın ərazisini təcili tərk etməli, zəbt etdiyi ərazini təmizləməlidir.
Bu yazını yazmaqda bizim nə hacı Səxavətlə, nə də başqa bir şirkətlə zərrə qədər problemimiz yoxdur. Bizi düşündürən millətimizin gələcəyidir. Kinosu olmayan cəmiyyət orta əsr səviyyəsindədir. Biz bu yoldan dönən deyilik, hətta bizə hədə-qorxu gələnlər bizi yandırıb külümüzü sulara səpsələr də. Və ümid edirik ki, son məqamda cənab Prezidentimiz bizim haqq savaşımıza dəstək olacaq. Ay cavabdeh şəxslər, sizdən xahiş edirik qidamız, təhsilimiz, səhiyyəmiz,
mədəniyyətimiz biz istədiyimiz kimi olsa, heç bir düşmən bizim qarşımızda tab gətirə bilməz.
Gundelik baki.com
Tarix: 16-10-2023, 21:23