Qarabağdakı ruslar da Ermənistana “qaçqın” düşdü?.. -Pahatonnan!..-FOTO
“Yoxsa Naxçıvandakı “vertolyotu vurmağımız”, Qarabağda “sülməramlı”ların öldürülməsi kimi, bu fakt da gələcəkdə Azərbaycanın başına daha bir “qaxanc”, “minnət” olacaq ki?..”Rusiyanın Ermənistandakı səfirliyi Qarabağdan “məcburi köçkün” düşmüş qondarma “rus icması”nın ailələrinə dəstək verib
SİAM.AZ Moderator.az-a istinadla xəbər verir ki, məlumatı Rusiya Federasiyasının Ermənistandakı səfirliyi yayıb.
“Dağlıq Qarabağın rus icmasının məcburi köçkünləri bütün köçkünlər kimi çətin vəziyyətə düşüblər. Səfirliyin əməkdaşları və onların ailə üzvləri şəxsi vəsaitləri hesabına adyal, yastıq, yataq dəstləri, mətbəx ləvazimatları və digər zəruri əşyalar alıb rus icmasına veriblər.
Səfirlik konsulluq yardımı da göstərir. sənədlərlə bağlı problemlər və digər məsələlər tez həll olunur” – məlumatda belə deyilir.
Zəruri şərh:
Qarabağdakı ruslar da Ermənistana “qaçqın” düşdü?.. Pahatonnan!..Guya heç erməniləri qovmayan Azərbaycan ordusu rusları qovurdu... Guya Azərbaycan torpağındakı Rusiya “sülhməramlı”ları rusların orada qalmasını təmin edə bilmirdilər... Yoxsa bu da Qarabağdakı saxta “rus icması”nın rəhbəri Aleksandr Bordovun da agenti olduğu “FSB”-nin ssenari və oyunlarının tərkib hissəsidir? Yoxsa bu da Naxçıvandakı “vertolyot vurulması”, Qarabağda “sülməramlı”ların öldürülməsi kimi, bu fakt da gələcəkdə Azərbaycanın başına daha bir “qaxanc”, “minnət” olacaq ki, sizin hərbi əməliyyatlarınız sayəsində bizim millətimiz də qaçqın düşüb?..
Tarix: 21-10-2023, 08:17