Psixoloqun "bahalı telefon almayan kişini boşayın" tövsiyəsi rezonans doğurdu - SƏRT REAKSİYALAR


ARB kanalının efirində yayımlanan "Günə son" verilişində psixoloqun çıxışı müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, psixoloq Əfsanə Rüstəmova boşanma səbəblərindən danışarkən 3 min manatlıq telefona görə boşanmaya haqq qazandırıb.
"Emosinoal ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi bir haqqı var. Əgər mənim 3 minlik telefon kimi emosional bir ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi bir şansım var" - o söyləyib.
Psixoloqun bu sözləri verilişin aparıcısı və qonaqları tərəfindən kəskin etirazla qarşılanıb.
Ə.Rüstəmovanın çıxışı sosial şəbəkələrdə də kəskin tənqid edilib.
Hüquqşünas Sahib Məmmədov: "Qadın hüquqları ilə məşğul olanların 90%-nin bu hüquqlar haqqında elementar təsəvvürləri yoxdur".
Ruzbeh Məmməd: "Yəni bu qadın, "psixoloq" başa düşmür ki, kişi arvada telefon almağa borclu deyil. Gedib hardasa dombalıb kubik atıb, bunun emosional hissin qarşılamağa məcbur deyil. Bu kərtənkələvari praktikanı başqasına sırıyırsa, getsin kitab oxusun, başqa praktikaları analiz eləsin".
Digər sosial şəbəkə istifadəçiləri də sözügedən çıxışa tənqidi yanaşıblar:
"Azərbaycanda ən riskli qərar psixoloq yanına getməkdir",
"Elə sənin kimi psixoloqu dərhal boşamaq lazımdır", "O psixoloqa ölkə adına təşəkkür etməliyik ki, ölkədə psixoloqluğun səviyyəsinin nə olduğunu bir cümlə ilə ortaya qoydu. 3000 manatlıq telefonun emosional ehtiyac olduğunu düşünənə normalda səy kimi baxılar, amma bizdə camaat pul verib yanına seansa gedir",  "Sonra da deyirik boşanmalar artıb, bu düşüncəyə sahib insanlar özü ilə bərabər digərlərinə təsir göstərir", "Yeganə ölkəyik ki, psixoloq olaraq xidmət göstərənlərin bəzilərinin ciddi kliniki psixoloji müdaxiləyə, uzunmüddətli reabilitasiyaya ehtiyacı var" və s. şərhlər yazılıb.
Tarix: 26-10-2023, 22:31
Xəbəri paylaş





Xəbər lenti