Elektrikli avtomobillərdə yağış yağanda “tok” vurur, temperatur yüksək olduqda maşın yanır? - Aydınlıq gətirildi



Son zamanlar elektrikli avtomobillərlə bağlı yayılan iddialar vətəndaşları ciddi narahat edir. Belə ki, bu cür avtomobillərin 25 dərəcədən yuxarı temperatura dayanıqlı olmadığı, partlayış təhlükəsi olması, ətrafa radiasiya yayması barədə fikirlər var. Məsələni araşdırmaq üçün peşəkarlara üz tutduq. 
 
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Pravda.az-ın bu barədə suallarını cavablandırdı. 

Ekspert bildirib ki, elektrikli avtomobillərlə bağlı “yağış yağanda “tok” vurur”, “maşın yanır” kimi şayiələr gəzir: “Şükürlər olsun, belə hallarla hələ Azərbaycanda qarşılaşmamışıq. Lakin avtomobillərin 25 dərəcədən yuxarı temperatura dayanıqlı olmaması, partlayış təhlükəsinin qarşısını indidən ala bilərik... Elektrlikli avtomobil alan şəxslərə xüsusi təlimatlar verilir, yəni rəsmi avtomobil idxalçıları müştəriləri təlimatlandırırlar. Amma qeyri-rəsmi, pərakəndə şəkildə avtomobil idxal edən şəxslər isə bunu etmirlər. Əlbəttə ki, bu, gələcəkdə hansısa fəsadlara səbəb ola bilər. Rəsmi avtomobil idxalçılarından alınan avtomobillərlə bağlı verilən xüsusi təlimatlara, məsələn, şarja qoymaq və bu kimi qaydalara uyğun avtomobilə düzgün qulluq olunduqda heç bir problem ortaya çıxmır. Lakin təkrarən qeyd edirəm ki, qeyri-avtomobil idxalçıları tərəfindən ölkəyə gətirilən elektrikli avtomobillərdə, əlbəttə ki, problemlər yarana bilər”. 
Tarix: 8-07-2024, 16:05
Xəbəri paylaş





Xəbər lenti