Alimlər 4 min illik mixi yazıları deşifrə etdi: Epidemiyalar, hökmdarların ölümü...

Alimlər 4 min illik mixi yazıları deşifrə etdi: Epidemiyalar, hökmdarların ölümü...


London Universitetinin britaniyalı alimləri 4000 ildən çox yaşı olan Babil krallığına aid mixi yazıları deşifrə edə biliblər. Qeydləri olan kolleksiya Ay tutulmalarının tarixlərinə həsr olunmuş ən qədim astroloji proqnozlar toplusu olub. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Journal of Cuneiform Studies" (JCS) elmi nəşrində dərc olunub.

İraqda 100 ildən çox əvvəl dörd mixi əsər tapılıb. Arxeoloqlar hesab edirlər ki, onlar Babilin bir hissəsi olan Sippar şəhərində yaradılıblar.



Tədqiqatçılar müəyyənləşdirib ki, tapıntılardakı proqnozların əksəriyyəti müxtəlif fəlakətləri proqnozlaşdırır: epidemiyalar, hökmdarların ölümü, şəhərlərin dağıdılması və digər fəlakətlər.

Alimlərin fikrincə, qədim kahinlər həm real təcrübəyə əsaslanaraq, həm də tutulmanın xüsusiyyətlərini müxtəlif əlamətlərlə əlaqələndirən nəzəri sistem əsasında fərziyyələr irəli sürə bilərdilər.

Mütəxəssislər vurğulayıb ki, Babil və Mesopotamiyanın digər bölgələrində insanlar müxtəlif falçılıq vasitəsilə gələcək hadisələri proqnozlaşdırmaq qabiliyyətinə inanırdılar.
Tarix: 7-08-2024, 22:18
Xəbəri paylaş





Xəbər lenti