Polad Bülbüloğlu həm səfirdir, həm də deputatlığa namizəd?
Bu ayın əvvəlində Polad Bülbüloğlunun növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyinin qeydiyyata alınması ilə bağlı onun Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi səlahiyyətlərinin icrasını müvəqqəti dayandırması barədə məlumat yayılmışdı.
Hətta Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mətbuata açıqlamasında məlumatı təsdiq etmişdi.
Amma budur, seçki bitməyib və o Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı Rusiya rəsmi TASS agentliyinə səfir kimi açıqlama verir. Bizim hökumətyönlü mətbuat da onu beləcə təqdim edir. Nə XİN, nə MSK, nə də deputatlığa namizəd tərəfindən bu komediya ilə bağlı Rusiya rəsmi dövlət agentliyindən heç bir düzəliş tələb olunmur.
Sual olunur, Azərbaycan Respublikasının Seçki Məcəlləsi Putinin, yoxsa Polad Bülbüloğlunun ayağının altında qalıb?
Cavanşir Həsənli
Tarix: 18-08-2024, 16:50