Ağalar Vəliyevin növbəti İFŞASI: SEÇKİ QASTROLU... - BUNUN BAŞQA ADI YOXDUR...


Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyev necə bir iş adamıdırsa, eləcə də siyasət adamıdır. Hər halda onun hansı keyfiyyətdə iş adamı olduğunu "Kristal Abşeron" Qobuda əyilən binalarından müəyyən etmək olar. Onu siysi simasındakı ƏYRİLİK isə hazırki seçki kampaniyasında tam çılpaqlığı ilə ortaya çıxmış olur.

Dia-az.İnfo xəbər verir ki, elə Ağalar müəllimin seçki qərargahının təqdim etdiyi son 4 məlumatı incələyəndə ortaya biabırçı bir mənzərə çıxmış olur. Aydın olur ki, sən demə Ağalar Vəliyev cənabları SEÇİCİLƏRLƏ GÖRÜŞ adı altında bir qastrol səfərinə çıxır... həm də başının dəstəsi ilə...

Seçiciyə-filana ehtiyac yoxdur. Ağalar Vəliyev başının dəstəsini yığır... namizədi olduğu seçki dairəsini kəndəkənd gəzir və onların qarşısında - yəni özü ilə gətirdiyi SEÇİCİLƏRİNİN qarşısında çıxış edir, sonra da məlumat paylaşır ki, bəs filan kəndin sakinləri onu dəstəkləyir, ona səs verəcəklərini vəd edirlər...

Realda isə pişik balasını daşıyan kimi, Ağalar Vəliyev də eyni adamları daşıyaraq onları həmin getdiyi ünvanların seçicisi kimi təqdim edir. Təbii ki həmin SEÇİCİLƏR Ağalar Vəliyevə müftə çalışmırlar...

Dia-az.İnfo olaraq aşağıdakı 4 fotonu təqdim edirik. Sıra ilə

1-ci foto: Xaçmazın Yergüc kəndində çəkilib...

Ağalar Vəliyevin növbəti İFŞASI:  SEÇKİ QASTROLU...

2-ci foto: Xaçmazın Müşkür kəndində çəkilib...

Ağalar Vəliyevin növbəti İFŞASI:  SEÇKİ QASTROLU...

3-cü foto: Xaçmazın Qımılqışlaq kəndində çəkilib...

Ağalar Vəliyevin növbəti İFŞASI:  SEÇKİ QASTROLU...

4-cü foto isə: Xaçmaz rayonunun Niyazabad kəndində çəkilib...

Ağalar Vəliyevin növbəti İFŞASI:  SEÇKİ QASTROLU...

Əslində fotodəlillərin sayını artıra da bilərdik. Lüzum yoxdur. Fakt ortadadır. Elə adi göz baxışı ilə də eyni SEÇİCİLƏRİ bütün fotolarda görmək olur. Belə yerda ortaya haqlı sual çıxır: HANI GERÇƏK SEÇİCİLƏR?

Göründüyü kimi, Ağalar Vəliyev seçki kampaniyasına sanki bir qastrol səfəri kimi yanaşır və onu TAMAŞAÇI sayı maraqlandırmır... Necə ki əslində TAMAŞAÇIYA çevrilmiş Xaçmaz sakinlərini də elə Ağalar Vəliyev maraqlandırmır.

Onlar səslərini tanımadıqları Ağalar Vəlieyvə verməyəcəklər. Bu barədə Dia-az.İnfo olaraq çoxsaylı seçici müraciətlərini də təqdim etmişik. Onlar heç bu seçki kampaniyası dövründə də Ağalar Vəlieyvlə tanış ola bilmədilər. Çünki Ağalar Vəliyevə GERÇƏK SEÇİCİ lazım deyil... Onun öz SEÇİCİLƏRİ var və həmin seçiciləri də kəndbəkənd ağzında daşımaqdadır... Maləsəf ki, 1 sentyabrda GERÇƏK SEÇİCİLƏRİN yox, Ağalar Vəliyevin ağzında daşıdığı seçicilərin SƏSİ çıxacaq...
Tarix: 24-08-2024, 10:54
Xəbəri paylaş





Xəbər lenti