Terrorçu general Xankəndindən təcili İrəvana gətirildi-Ürəyindən əməliyyat edildi...
Azərbaycan Respublikasının Qarabağ torpaqlarının bir hissəsində Rusiyanın rəsmən "sülhməramlı" sayılan hərbçilərinin birbaşa himayəsində qalan tör-töküntüləri 31-ci ildir ki, fəaliyyət göstərən separatçı-terrorçu rejimin qanunsuz "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan dünən axşam saatlarında ürək tutması ilə xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, "Hraparak" nəşrinin yaydığı məlumata görə, qaniçən general V.Balasanyan Xankəndindən İrəvana köçürülüb.
Laçın yolu vasitəsilə sərhədimizdən keçirilən separatçı-terrorçu general məmur hazırda Ermənistan paytaxtındakı Erebuni tibb mərkəzindədir.
Məlumata görə, V.Balasanyan əməliyyat edilib və hazırda vəziyyəti normaldır...
Xatırladaq ki, V. Balasanyan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfiindən həm Xocalı soyqırımındakı iştirakıyla, eyni zamanda Araik Arutyunyanla bərabər 44 günlük savaş zamanı qanunsuz hərbi birləşmələrə rəhbərlik etdiyinə və s. görə İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib...
Sultan Laçın
Tarix: 11-01-2022, 09:29