Şuşada silah, qumbara və güllələr tapılıb



Şuşada xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2 712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Tarix: 11-01-2022, 10:09
Xəbəri paylaş





Xəbər lenti