"Dünya birliyi ermənilərlə azərbaycanlıların eyni şəhər və ya kənddə yaşamamasına çalışır...”


"Qarabağda azərbaycanlı əhalini ermənilərdən ayırıb dəqiq demarkasiya xəttini çəkərək tənzimlənmənin Kipr variantından istifadə edə bilərlər". 
 
Moderator.az xəbər verir ki, "SputnikArmenia"nın yaydığı məlumata görə, bunu erməni jurnalistlərə hakim "Vətəndaş razılaşması" partiyasının deputatı, iş adamı Xaçatur Sukiasyan söyləyib.
 
Baş nazir Nikol Paşinyan bir müddət əvvəl bəyan etmişdi ki, Qarabağ üzrə danışıqlar prosesinin müəyyən mərhələsində Azərbaycan əhalisinin status referendumunda iştirakı nəzərdə tutulub. O, bu faktı Ermənistanın əvvəlki hakimiyyətinin sonradan artıq düzəldə bilmədiyi diplomatiyasının uğursuzluğu kimi şərh edib.
 
Sukiasyan bildirib ki, bu, 1974-cü ildən Türkiyənin  "işğalı altında olan" Şimali Kiprin adanın yunan hissəsindən ayrılmasına bənzər variantdır.
 
“Qarabağ məsələsində belə edəcəklər: azərbaycanlılar bir ərazidə, ermənilər digər ərazidə yaşayacaqlar. Aydın ayırıcı xətlər var. Və hesab edirəm ki, beynəlxalq ictimaiyyət ermənilərlə azərbaycanlıların eyni ərazidə, eyni şəhər və ya kənddə yaşamamasına çalışır”, - deyə deputat bildirib.
 
Erməni deputat hesab edir ki, belə bir qərar münaqişənin gələcək həllini xeyli asanlaşdırır.
 
Sultan Laçın

Tarix: 18-01-2022, 10:51
Xəbəri paylaş





Xəbər lenti