Xankəndində QALMAQAL: “Hökümət” Araik Arutyunyanı boykot etdi




Qondarma rejim hökumətində qalmaqal baş verib.
Belə ki, Xankəndində geniş iclas keçirtmək istəyən Araik Arutyunyanın səsinə səs verilməyib. Erməni mediasının yazdığına görə iclası yanvarın 19-da keçirilməli iclası qondarma rejimin “hökumət” üzvləri boykot edib.
Erməni mediasına açıqlamasında Araik Arutyunyana yaxınlığı ilə seçilən Metakse Akopyan faktı təsdiq edib.
Metakse Akopyan bildirib ki, Araik Arutyunyanı qəbul etməyən məmurlar vəzifəsindən qovulacaq.
Qeyd edək ki, dünən Araik Arutyunyan “hökumət”də islahat aparacaqlarını açıqlayıb.
Metaxe Akopyan deyib ki, qondarma rejimin hökumət üzvləri istefaya göndərilir və bu lazımdır.
Müsahibəsi zamanı Metakse Akopyan etiraf edib bu açıq savaşdır:”Bəli Nikol Paşinyan tərəfdarları ilə Araik Arutyunyana yaxın olanlar arasında ciddi savaş gedir. Onlar Araik Arutyunyanı istefaya göndərməklə bütünlüklə Qarabağı Azərbaycana təhvil vermək istəyirlər. Nikol Paşinyan hökuməti Qarabağda “hökümət”ə öz adamlarını yerləşdirib. Məhz bu adamlarda Qarabağda caxnaşma yaradır.”
Tarix: 23-01-2022, 14:54
Xəbəri paylaş





Xəbər lenti