20-ci il Vətən Müharibəsində qələbə günündən 14 ay keçib. Ağdam rayonunda 780 hektar torpaq minalardan təmizlənib, ermənilərin yaşadıqları rayonlarda (Qubadlı, Laçın, Kəlbəcər, Hadrut, Şuşa) mina olmayıb. Lakin heç bir azərbaycanlı ailə hələ azad edilmiş torpaqlara qayıtmayıb, bu günlərdə isə Şuşa və Ağdama başlayan avtobus reysləri isə adamların həmin gün mütləq Bakıya qayıtması ilətəşkil edilib.Prezidentə konkret müddət barədə danışmaq çətindirAzərbaycan prezidenti İlham Əliyev deyib ki, 2022-ci ildən vətəndaşların Qarabağda azad edilmiş ərazilərə mərhələli şəkildə qayıtmasına başlanılacaq. Növbəti ifadəsində isə o dəqiqləşdirib: “İndi konkret müddətlər və tarixlər barədə danışmaq mənim üçün çətindir”.
Ermənilər tərəfindən dağıdılmış üç Ağəli kəndi (Zəngilan rayonu) ərazisində tikintisi başa çatmağa yaxın olan miqyaslı “ağıllı kənd”in ilk köçkünlərə təhvil verilməsinə hələ çox var. “Ağıllı kənd”də 200-dən çox evin təhvil verilməsilə bağlı müəyyən edilmiş müddətlər başa çatıb. İnşaat şirkəti obyektin təhvil verilməsi vaxtını Turan-a bildirməkdən imtina edib, inşaatçılar isə ən yaxşı halda 2022-ci ilin sonuna işarə edirlər.
Rusiyada yaşayan Qubadlı sakini Elçin Mahmudov Turan ilə söhbətində hakimiyyəti adamlara lazım olmayan, tikintisi vaxt və pul tələb edən dəbdəbəli layihələrə görə qarabağlıların geri qayıtmasını ləngitməkdə ittiham edir. “Hətta öz kəndlərimizə getməyə icazə vermirlər. Vətəni qanunsuz ziyarətə görə cərimə 200 manatdır. Doğma divarlara toxunmaq imkanına görə 200 manat ödəmək üçün nə qədər pul qazanmalıyıq? Bərgüşad və Həkəri çayları boyunca bütün Azərbaycan kəndlərində işğalçılar yaşayıblar, orada özlərinə evlər tikiblər, bizim kəndlərimizi dağıdıblar. Bu evləri çoxdan bu kəndlərin qanuni sakinlərinə vermək olardı. Amma əvvəlcə Azərbaycan ordusu bu evləri dağıtdı. Niyə, axı biz orada yaşaya bilərdik?”
Mahmudov deyir ki, Zəngilan, Qubadlı, Laçın və digər rayonların keçmiş sakinləri olan yüzlərlə ailə 1992-93- cü illərə qədər yaşadığı yerlərə gəlib öz həyətində bostan əkmək, bağçılıqla məşğul olmaq, sonra isə bitkilərə qulluq etmək, məhsul yığmaq üçün vaxtaşırı qayıtmaq istəyirlər. İmkan daxilində onlar əvvəlcə kiçik 2 otaqlı ev tikə bilərdilər, sonra da həmişəlik qayıda bilərdilər. Onlar işğal illərində olduğu kimi, yenə də bunu arzulamağa davam edirlər.
Mahmudov müharibə vaxtı tərk etdikləri kəndin adını açıqlamaqdan çəkinib, çünki o və həmkəndliləri qorxurlar ki, mətbuatda çıxışa görə onlardan qisas ala bilərlər oraya qayıtmalarına imkan verməzlər. Ona görə də Turan-ın suallarını cavablandıran keçmiş qaçqınların adlarını dəyişdik.
Hadrut salamatdır, mina yoxdur. Niyə azərbaycanlıların orada yaşamasına icazə verilmir?1988-ci ildə qaçqın düşmüş Göyçə mahalı (Vardenis rayonu, Ermənistan) Basarkeçər rayonunun Nərimanlı kəndindən 600-ə yaxın ailə 2021-ci ilin yanvarında İlham Əliyevə müraciət edərək işğaldan azad olunmuş Hadrut qəsəbəsinə köçmələri üçün imkan yaradılmasını xahiş ediblər. Onlar bir yerdə olmaq istəyirlər, çünki bütün Azərbaycana səpələniblər və azad edilmiş Qarabağda yeni həyata başlamaq istəyirlər. Hakimiyyət bu adamlara cavab vermədi.
Ümidə Həsənova 1991-ci ildə ailəsilə Hadrutdan qaçarkən uşaq idi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytında yerləşdirilən videoçarxda o, Hadruta səfərindən danışır. “Hadruta qayıdışa” görə İ.Əliyevə təşəkkür edir, lakin daimi yaşamaq üçün oraya nə zaman qayıtmasına imkan yaradılacağını söyləmir.
Ağdamın mərkəzində, işğalçıların təhqir etdikləri İmarət tarixi kompleksi və keçmiş futbol stadionunun (ermənilərdən sonra idman kompleksinin yerində düz sahə qalıb) yanında böyük fəvvarəli dəbdəbəli inzibati kompleks tikilir. Azərbaycanlı inşaatçılar azərbaycanlılara məxsus yaşayış evlərinin dağıntılarını ekskavatorlarla hamarlaşdırıblar. Keçmiş Süleyman Sani küçəsindəki həmin evlərin birində Məmməd Fərhadovun ailəsi yaşayıb. Ailə doğma yerdə öncə bağ evi tikməyə, sonra böyük bir ailənin yaşadığı evi bərpa etməyə ümid edib. “Yeni Ağdam” layihəsinin ortaya çıxması ilə əvvəlki sakinlərin öz yaşayış yerlərinə qayıtması mümkün olmayıb. Ağdamlılar “Qaçqınkom” a (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) müraciət ediblər. Ötən ilin yazında Dövlət Komitəsi onlardan daşınmaz əmlaka sahiblik haqqında sovet sənədlərini yığıb və ağdamlılara bir məlumat vermir.
Ötən ilin dekabrında jurnalistlərə “böyük qayıdış” haqda mühazirə oxumaq üçün onlarla görüşən sədr müavini Fuad Hüseynov qaçqınlar üçün görülmüş böyük işlərdən çox danışıb, onun söylədiyi yeganə tarix isə “
Azərbaycan 2030:
sosial–
iqtisadi inkişafa dair
Milli Prioritetlər”in xatırladılması olub.
Komitənin aparat rəhbəri Nəsimi Nərimanov keçmiş qaçqınlara “reinteqrasiya və repatriasiya prosesinin yaxşılaşdırılması üçün elektron baza”nın yaradılması barədə məlumat verib. “Böyük qayıdış” nə vaxt olacaq? Hüseynov və Nərimanov bu barədə susurlar.
“Onlar bizim əmlakımızı səssizcə milliləşdirdilər. Kommunistlər kimi”Yazıçı Vahid Qazı İsveçdə yaşayır. Dekabrda Azərbaycana gəlmişdi, Ağdamda yaşadığı evin yerində olub. Keçmiş qaçqınların qayıtması ilə bağlı Turan-ın sualının cavabında o, Stalinqradın bərpasını xatırladıb: “Dağıdılmış şəhərin tikintisinə şəhər azad edildiyi gündən yox, Almaniyanın kapitulyası haqda aktın imzalanmasından sonra başlanılıb. Sülhün olmadığı, erməni silahlı dəstələrinin Xankəndidə yerləşdiyi, regiona Rusiya ordusunun nəzarət etdiyi bir şəraitdə azərbaycanlılar üçün evləri necə tikmək olar?”
Ağdamda mərkəzi məscidin yaxınlığında Vahid Qazının ailəsinin 8 sot ərazidə ikimərtəbəli evi olub. Ermənilər evi tamamən dağıdıblar. “Azərbaycan hakimiyyəti ağdamlıların mülkiyyətini “səssizcə milliləşdirib”, – o deyib.
“Mən yeni Ağdamın, 100 min sakini, kanalları, göl və tramvayları olan müasir şəhərin gözəl layihəsinə baxarkən sevinirəm. Ancaq bu gözəl şəhəri mənim dövlət tərəfindən zəmanət verilmiş əmlak hüquqlarım pozulmaqla inşa edəcəklər. Kommunist idarəçiliyində olduğu kimi. Mən digər ağdamlılardan soruşdum: sizin sahənizdə obyektlərin tikintisinə icazə vermisiniz? Heç kim “bəli” demir. Torpaqları layihə ilə zəbt olunan ağdamlılara işğaldan əvvəl sahib olduqlarından iki dəfə çox torpaq sahələrinin veriləcəyilə bağlı rəsmi vədlərə inanmıram…” Vahid Qazı (gerçək adı) fikrini bizimlə bölüşüb.
Prezident son çıxışlarının birində azad edilmiş torpaqlarda su kəmərləri, elektrik xətləri, asfalt yolların çəkilməsinin və qazlaşdırmanın vacibliyindən danışıb. Məqsəd qayıdan adamların müasir, rahat şəraitdə yaşamasıdır. Artıq bu istiqamətdə çox işlər görülüb, infrastruktur, kommunal obyektlərin tikintisi işləri davam etdirilir.
«…Maksimum 2 il ərzində Qarabağ elektrikləşdiriləcək. Bundan əlavə, bölgədə su kəmərləri yoxdur. Belə şəraitdə adamlar orada necə yaşayacaqlar, kənd təsərrüfatı ilə məşğul olacaqlar? Ona görə də hər şeyi düzgün planlaşdırmaq, şəhərsalma layihələrini təsdiqləmək lazımdır və hazırda bu istiqamətdə işlər görülür. Biz,həmçinin bu işlərə xarici tərəfdaşları dəvət edirik, çünki bizim öz tikinti imkanlarımız regionun bərpası üçün kifayət deyil”, – Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, böyük ehtimalla Azərbaycan əhalisinin Qarabağa qayıdışı yaradılan infrastruktura ən yaxın olan kəndlərdən başlayacaq. Məsələn, Ağdam, Füzuli və Cəbrayılda su kəmərləri çəkmək və elektrik təchizatı qurmaq daha asandır.
Mən başqa ölkədə yaşayan Qubadlı sakini Elçin Mahmudova (təqib təhlükəsi səbəbindən adı dəyişdirilib) bu çıxış barədə məlumat verəndə o dedi: “Biz Vətəndə su xətti, daimi elektrik təchizatı və qaz xətləri olmadan yaşayırdıq. Məgər indi Masallıda və Azərbaycanın digər rayonlarında kəndlilər bütün müasir şəraitlə təmin olunublar? Xeyr. Bizi yeni qayıdış müddətilə aldadırlar, miqyaslı korrupsiya layihələri irəli sürürlər. Azərbaycanın böyük şirkətləri və xarici şirkətlər “böyük qayıdış” planları üzərindən qazanc əldə edirlər, bizə isə doğma divarların qalıqlarının əhatəsində bir neçə gün keçirmək üçün həyətdə çadır qurmağa da icazə vermirlər…”
Contact.az
Tarix: 27-01-2022, 09:39