Rusiyalı ekspert erməniləri BELƏ İFŞA ETDİ – “Şuşada gördüm ki...”



“Mən ermənilərin Şuşaya görə “inillədiyini” eşidəndə fikirləşirəm ki, nə yaxşı, sən artıq orada deyilsən”.
Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert ermənilərin işğal dövründə Şuşada törədikləri mədəni soyqırımına diqqət çəkib:
“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsindən sonrakı vəziyyəti ilə bağlı söylədiyi sözlərin doğruluğunu təsdiq etmək istəyirəm. Bu şəhərdə iki dəfə olmuşam, öz gözlərimlə görmüşəm - ermənilər Şuşada hər şeyi dağıdıb, talayıblar. Onlar orada “erməni xruşovkaları” kimi beşmərtəbəli binalarda yaşayırdılar, Şuşanın tarixi şəhər özəyi isə xarabalığa çevrilib. Hər şey tamamilə məhv edilib. O cümlədən görkəmli memarlıq və mədəniyyət abidələri.
Ermənilərin ötən işğal illərində Şuşada tikdikləri yeganə şey “Mxitaryanın villası” idi (erməni futbolçu Henrix Mxitaryanı nəzərdə tutur – red.). Erməni oliqarxları burada dağların heyrətamiz mənzərələri fonunda “doya-doya” dincəliblər”.
Korotçenko Şuşanın heç vaxt ermənilərə məxsus olmadığını, buna görə orada mədəni soyıqırımı həyata keçirdiklərini bildirib:

“Niyə “qədim” xalq olduqlarını iddia edən ermənilər Şuşada mədəni soyqırımı törədiblər? Görünür, iki səbəb var.
Birincisi, Şuşa Azərbaycan şəhəridir, ona görə də ermənilər onu qəsdən dağıdıb, talan ediblər. Axı o sənin deyil.
İkincisi, başa düşürdülər ki, gec-tez oradan getməli olacaqlar, işğal əbədi olmayacaq, əsl sahiblər gəlib Şuşanı azad edəcəklər və belə də oldu.
Ona görə də mən ermənilərin Şuşaya görə “inillədiyini” eşidəndə fikirləşirəm ki, nə yaxşı, sən artıq orada deyilsən. Cəmi il yarım ərzində Heydər Əliyev Fondunun sayəsində Şuşada onlarla tarixi, mədəni və memarlıq abidəsi sözün əsl mənasında küldən bərpa edilib. Bu yalnız başlanğıcdır”.
Tarix: 3-02-2022, 23:15
Xəbəri paylaş





Xəbər lenti