ANAJ, İran 04.02.2022 VOMA terror təşkilatının “Qarabağ qanadı” 300-ə yaxın erməni və kürd əsilli şəxsi əsasən internet vasitəsilə öz sıralarına cəlb edib. Onlar müxtəlif düşərgələrdə təlim keçdikdən sonra İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına qarşı döyüşüblər. VOMA (“Voxj Mnalu Arvest”) silahlı qruplaşması Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarından biridir. Bu günlərdə Xankəndidə onun nümayəndəliyi açılıb. Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan erməni muzdluların VOMA-ya üzv olduqları, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına qarşı döyüşdükləri haqda xəbərlər öz təsdiqini tapmaqdadır. Təşkilat həm Yerevandan, həm də dünyanın müxtəlif ölkələrindəki erməni diasporundan külli miqdarda maliyyə dəstəyi alır. Onun ASALA və PKK ilə sıx əlaqələri var. Xüsusilə son iki ildə VOMA Azərbaycan Respublikasına qarşı döyüşmələri üçün davamlı olaraq terrorçular hazırlayıb. Təşkilat rəsmi saytında Ermənistan hökumətindən heç bir yardım almadığını iddia etsə də, bu, yalandır. Qruplaşmanın Ermənistan hökumətindən ciddi yardım aldığı məlumdur. Hazırda təşkilata uzun müddət Ermənistan xüsusi xidmət orqanlarında çalışmış, Qarabağ müharibəsində iştirak etmiş Vova Vartanov adlı terrorçu rəhbərlik edir. Özünü Qaregin Njdenin varisi sayan Vartanov erməni diasporunun da imkanlarından yararlanaraq, qruplaşmaya davamlı olaraq yeni üzvlər cəlb edir. VOMA kimi terror təşkilatlarının Qarabağda mövcudluğuna son qoyulmazsa, Azərbaycan Respublikasının bu bölgədəki hərbçilərinə qarşı təxribatların törədilməyəcəyinə heç kim zəmanət verə bilməz. (Fars dilindən tərcümə - WorldMedia.Az) |