“Kəlbəcəri verməklə su mənbələrimizin 99%-ni itirdik” –“Çayların başına xarici müşahidəçilər...”

“Kəlbəcəri verməklə su mənbələrimizin 99%-ni itirdik” –“Çayların başına xarici müşahidəçilər...”
“Bu hədsizləri susdurmağın yeganə yolu DTX-nin xüsusi əməliyyat keçirərək Xankəndində belələrini həbs edib Bakıya gətirərək ədalət məhkəməsi önünə çıxarmasıdır...”
 
“Kəlbəcəri təslim etməklə biz su ehtiyatlarımızın 99%-ni itirdik” .
 
Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu Azərbaycan Respublikasının Qarabağ torpaqlarının bir hissəsinə müvəqqəti(!) nəzarət edən Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim tör-töküntülərinin 
“xarici işlər naziri” adlanan David Babayan ad-soyadlı adamabənzər məxluq söyləyib. Bu üzdəniraq separatçı dünən – fevralın 14-də İrəvanda  “Qarabağ hidrogeosiyasəti: bu gün və gələcək üçün ekzistensial suallar” kitabını təqdim edib.
 
“Kəlbəcərin təslim olması su ehtiyatları, xüsusən də içməli su baxımından iki respublikamız üçün də ciddi itki oldu. Azərbaycan artıq Kəlbəcərdə qalan su mənbələri, təbii çay məcralarının  dəyişdirilməsi və ya onların Ermənistan və Qarabağ ərazisinə axınını məhdudlaşdırmaq üçün su anbarlarının tikintisi üzərində işləyir. Bundan əlavə, su təhlükəsizliyi məsələsi var - Ermənistan respublikalarına verilən suyun zəhərlənmə riski baxımından... Kəlbəcərin təslim olması ilə əsas içməli su mənbələrini itirməklə yanaşı, oradan axan çaylar üzərində tikilən kiçik su elektrik stansiyalarını da itirdik”- deyə 44 günlük savaşda aldığı zərbələrdən nə sərsəmlədiyini bilməyən D.Babayan  növbəti həyasız təklifini də irəli sürüb:
 
“Düşünürəm ki, çayların mənsəbində beynəlxalq müşahidəçilər olsa, bu, mütləq su təhlükəsizliyinə yeni keyfiyyət verəcək, çünki Azərbaycandan hər şeyi gözləmək olar”.
 
P.S. Bu hədsizləri susdurmağın yeganə yolu DTX-nin xüsusi əməliyyat keçirərək Xankəndində belələrini həbs edib Bakıya gətirərək ədalət məhkəməsi önünə çıxarmasıdır...
 
Sultan Laçın

Tarix: 15-02-2022, 10:39
Xəbəri paylaş





Xəbər lenti