Qarabağdakı ruslara və Rusiya vətəndaşı olan ermənilərə vəsiqələr verilməyə başlandı...-FOTO

Qarabağdakı ruslara və Rusiya vətəndaşı olan ermənilərə vəsiqələr verilməyə başlandı...-FOTO
“Nə qədər ki, Xankəndində bayrağımız dalğalanmır, hələ çox belə xəbərlər eşidəcəyik...”
 
“Rus icmasının fəaliyyəti bir çox yerli erməniləri inandırıb ki, ruslar öz doğma Qarabağ torpağını tərk etmək fikrində deyillər və bununla da ermənilərin də Dağlıq Qarabağı tərk etmək planlarını dəyişdirirlər...”
 
““Bardovı” pasportlar”... Azərbaycan Respublikasının Qarabağ torpaqlarının bir hissəsindəki ermənilər  “Qarabağın rus icması” üzvləri, eləcə də Rusiya Federasiyası vətəndaşları olan ermənilərə verilmiş  vəsiqələri belə adlandırırlar.
 
Moderator.az xəbər verir ki, bu haqda erməni teleqram-kanalları məlumat yayıb.
 
“Burada məsələ heç də verilən mühasibat sənədlərinin rəngində deyil, Dağlıq Qarabağda rusların və Rusiya Federasiyası vətəndaşlarının siyahıya alınmasının təşəbbüskarı olan rus icmasının rəhbəri Aleksandr Bordovun imzasıdır.
 
Qeyd edək ki, rus diasporunun icmalarından birinin belə siyahıyaalınması tarixdə ilk dəfədir aparılır. A.Bordov Dağlıq Qarabağda həyata keçirilən “Rus dünyası” mədəni-maarif layihəsinin müəllifidir. Layihə çərçivəsində “Rusdilli cəmiyyət” yaradılıb. Cəmiyyətin himayəsi altında rus dili bütün istəyənlərə pulsuz öyrədilir, bədii və elmi monoqrafiyalar nəşr olunur. İcma bölgədə pravoslavlığın dirçəlməsinə mühüm töhfə verib. Rus icmasının fəaliyyəti bir çox yerli erməniləri inandırıb ki, ruslar öz doğma Qarabağ torpağını tərk etmək fikrində deyillər və bununla da ermənilərin də Dağlıq Qarabağı tərk etmək planlarını dəyişdirirlər”- üzdəniraq xəbərdə belə deyilir.
 
P.S. Nə qədər ki, Xankəndində bayrağımız dalğalanmır, hələ çox belə xəbərlər eşidəcəyik...
 
Sultan Laçın

Tarix: 19-02-2022, 22:48
Xəbəri paylaş





Xəbər lenti