Bu gün erməni “Telegram” kanalları Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qaz kəmərində “qəza” baş verməsi ilə bağlı xəbərləri fəal şəkildə yayır. Partlayış nəticəsində Xankəndinə qaz verilişi dayandırılıb.Bu barədə “Caliber” “Telegram” kanalı yazıb.
Bəs əslində nə baş verib?
Mənbələrimizin bildirdiyinə görə, Qarabağda magistral qaz kəmərinə həqiqətən də ciddi ziyan dəyib. Lakin məlumatlı şəxslərin bizə verdiyi informasiyaya əsasən, bu, reket-general, Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri Andrey Volkovun birbaşa köməyi ilə törədilən təxribatdır. Zərər kifayət qədər ciddidir və nəticələri bir günə aradan qaldırıla bilməz.
Volkov və onun sülhməramlıların Rusiya komandanlığından olan etibarlı şəxsləri, həmçinin separatçılar baş verənlərə görə sonradan Azərbaycan tərəfini günahlandırmaq üçün qəsdən bu cür təxribatlara əl atırlar.
Son həftələr ərzində Qarabağda gərginliyin dərəcəsi yüksəlir. Mövqelərimizin atəşə tutulması müntəzəm xarakter alıb və Qarabağda quldurların arxalandığı əsas fiqur Rusiya sülhməramlı kontingentinin hazırkı komandiri, general-mayor Andrey Volkovdur.
Daha əvvəl yazdığımız kimi, Volkov artıq Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında, o cümlədən Pirlər kəndindəki üzüm bağlarında öz biznes maraqlarını həyata keçirir. Üstəlik, Volkov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi olaraq qaçaqmalçılıq xidməti göstərir. Təbii ki, bütün bunlar təmənnasız baş vermir.
Bundan əlavə, Volkovun Azərbaycan tərəfinə şəxsi nifrəti var. O, 2020-ci ilin dekabrında xüsusi təyinatlılarımızın onu necə mühasirəyə alaraq xüsusi əməliyyat zonasından qovduğunu unuda bilmir. Həmin vaxt erməni diversiya qrupuna məhz Volkov himayədarlıq edib.
Bəs biz indi nə görürük?
Dünən saytımızda, eləcə də digər Azərbaycan KİV-lərində Volkovla bağlı yazılanlardan sonra o, növbəti təxribata əl atıb. Ancaq bu, görünür, artıq aqoniyadır. Azərbaycanda olduğu kimi Rusiyada da minlərlə insanın onun və onun cılızlığı haqqında həqiqəti öyrənməsi generalın xoşuna gəlməyib...".
Caliber⚡️⚡️⚡️Сегодня армянские Telegram-каналы активно распространяют новость об "аварии" на газопроводе в зоне временной ответственности российских миротворцев в Карабахском регионе Азербайджана. В результате взрыва, подача газа в Ханкенди остановлена.
Что же произошло на самом деле?
По данным наших источников, в Карабахе на магистральном газопроводе действительно произошло сильное повреждение. Однако, как сообщили нам осведомленные лица, это провокация, совершенная при прямом содействии генерала-рэкетира, нынешнего командующего РМК Андрея Волкова. Повреждения довольно серьезные, и их последствия не ликвидируются за сутки.
Волков и его доверенные лица из российского командования миротворцев, а также сепаратисты умышленно идут на подобные провокации, чтобы затем обвинить в произошедшем азербайджанскую
Tarix: 8-03-2022, 19:38