Rusiyanın Ukraynaya təcavüzü dünya gündəmində əsas mövzu olaraq qalır.
Bu fonda Azərbaycanda Xankəndidə separatçı rejimlə bağlı və ümumən Azərbaycan Ermənistan münasibətləri müəyyən qədər kölgədə qalmış olsa da əslində, Ukrayna səhnəsində eyni zamanda Azərbaycanın Xankəndində separatçı rejimin və orada yerləşən tərəfli rus "sülhməramlılarının" taleyi həll olunur. Açıq etiraf etməsək də, həqiqət belədir. Azərbaycanla Rusiya arasında bağlanmış Moskva bəyannaməsi bir tərəfdən Azərbaycan üçün neytrallaşdırıcı sənəd kimi, özündə həm də qarşılıqlı olaraq separatçı rejimlərlə bağlı və eləcə də milli təhlükəsizlik məsələlərin həllini ehtiva edir. Ermənistan baş naziri Paşinyan son zamanlarda Azərbaycanla sülh müqaviləsinə hazır olduğunu təkrar-təkrar səsləndirməsi də bilavəsitə Rusiyanın dəhşətli sonluği qorxusu ilə bağlı məsələdir baxmayaraq ki, Paşinyan Rusiyanın Ukrayna təcavüzünə qədər də belə fikir səsləndirmişdi. Ancaq indi Ukrayna istiqamətində Rusiyanın təxmin edilən yekun məğlubiyyəti Ermənistanı SSRİ dövrünə aid sərhədlərini sığortalamaq üçün maraqlı tərəfə çevirib.Məsələ burasındadır ki, Ermənistanın son təxribatları, yeni cəbhə xəttinin yaradılmasına cəhdlər əslində Azərbaycanla sülh razılaşmasınında müddəaların ermənilərin xeyirlərinə müəyyən qədərdə olsa yaxşılaşdırılmasına hesabdır. Rusiya bütün gücünün 90%-nin Ukraynada itirib rüsvayçı hala düşdüydən və Xankəndidə tərəfli mövqe tutan rus "sülhməralıların" Ukraynaya göndərilməsi Ermənistan və Xankəndidə olan separatçı rejimi köməksiz və çarəsiz hala salıb. Sülh müqaviləsi haqqında Ermənistanın söhbətləri həm də köməksiz qalan separatçı rejiminə qarşı antiterror əməliyyatların əngələmək məqsədi daşıyır. 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli bəyannamə, 22 fevral 2022-ci il Moskva bəyannaməsi, Rusiyanın Ukrayna rüsvayçılığı Ermənistanın və separatçı rejimin təxribatları, Azərbaycan Müdafiə Nazirliyininn ardıcıl açıqlamaları Azərbaycan ordusunun Xankəndidə və ətraf ərazilərdə antiterror əməliyyatların keçirəcəyini şərtləndirir. Havaların istləşməsindən və Rusiya Ukrayna müharibəsində müəyyən aydınlıqdan sonra əməliyyatlar keçirilə bilər. Amma, bu əməliyyatlar çətin ki, bir mərhələdən ibarət olsun.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politploq
Siam.az