“Bir il yarımdan çoxdur, Ermənistandan cavab gözləyirik”
“Bir il yarımdan çoxdur, Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı cavab gözləyirik. Ermənistan düşünməıyə davam etsin, biz də praktiki işləri görməyə davam edirik”.Siam.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “HaberGlobal”a açıqlamasında deyib.
“Bu gün İranla bir saziş imzalanacaq. Sazişə görə, Zəngilanda Ağbənddən Araz üzərində iki körpü olacaq. Avtomobil yolu və dəmir yolu vasitəsilə İrana, oradan Naxçıvana, Naxçıvandan Türkiyəyə keçəcəyik.
Biz Avrasiyada yeni dəhlizin əsasını qoymuş oluruq ki, bununla Türkiyə, İran və Azərbaycan yenidən birləşmiş olurlar”, - o qeyd edib.Pravda.az
Tarix: 12-03-2022, 09:45