Xocalının kəndində "sülhməramlı"lar, separatçıların "bayrağı". Səngər qazılır...-VİDEO


Xocalının kəndində
“Bütün bunlar və  Ermənistandan Qarabağa gələn qanunsuz qaz kəmərində yanacaq verilişinin guya qəza səbəbindən dayanması, erməni mediasının bu haqda dünyaya car çəkməsi şübhəli məqamlardan  xəbər verir. Ehtiyatlı olmaq lazımdır...”
 
Müstəqil(!) və suveren(!) Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətində qalan Qarabağ torpaqlarındakı separatçı və revanşist ermənilər dövlətimizə qarşı təxribatlarını davam etdirirlər.
 
Moderator.az xəbər verir ki, bunu sosial şəbəkələrin erməni seqmentində yayılan video-görüntülər də sübut edir. 
 
Xocalı rayonunun “Xramort” adlandırılmış Pirlər kəndinin son görüntülərindən bəlli olur ki, kəndin ətrafındakı yüksəkliklərindən birində Xankəndində artıq 31-ci ildir ki, tör-töküntüləri  fəaliyyət göstərən separatçı-terrorçu rejimin “bayraq” adlanan murdar əski parçası asılıb...
Azərbaycan vətəndaşını qıcıqlandıran əsas məqam ondan ibarətdir ki, həmin əski parçasının yaxınlığında Rusiya hərbi kontingentinin mövqeləri qurulub, canlı qüvvə və texnikası yerləşdiirlib. Üstəlik, Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlığına baxmayaraq yüksəkliklərdə ekskavatorların ermənilər üçün səngər qazmaqda davam etdiyi də görünür.
 
Zəruri şərh: 
 
Son günlər Xocalı rayonunun Pirlər kəndi ilə yanaşı, digər torpaqlarımızdakı qanunsuz erməni silahlıları tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması, səngərlərin qazılmasının davam etdirilməsi, eyni zamanda bir həftəyə yaxındır ki, Ermənistandan Qarabağdakı ermənilər üçün qeyri-qanuni olaraq çəkilmiş qaz kəmərində yanacaq verilişinin guya qəza səbəbindən dayanması və erməni mediasının bu haqda dünyaya car çəkməsi, o cümlədən Rusiya rəhbərliyinə xəbər verməsi şübhəli məqamlardan  xəbər verir. Ehtiyatlı olmaq lazımdır... 

 
Sultan Laçın

Tarix: 14-03-2022, 10:39
Xəbəri paylaş





Xəbər lenti