Separatçılar köçün qarşısını almaq üçün nağıllar uydururlar... - erməniləri tikan üstə
Azərbaycan Ordusunun martın 24-dən etibarən start götürən mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesi nəticəsində Xocalı rayonunun Fərrux kəndi və onun ətrafındakı yüksəkliklər erməni terrorçularından təmizlənib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayaraq, heç bir mövqedən geri çəkilmədiklərini bəyan edib.
Bildirək ki, dünən Rusiya Müdafiə Nazirliyi bununla bağlı açıqlama verərək, guya, Ordumuzun geri çəkildiyini bildirmişdi. Lakin elə həmin gün Fərrux kəndinə Azərbaycan Bayrağının sancılması səhnəsini əks etdirən video yayılıb. Bundan başqa, Rusiya MN özünün yaydığı məlumatı rəsmi səhifəsindən silib.
Qeyd edək ki, erməni tərəfi rusların verdiyi açıqlamadan xeyli xoşhal olmuşdular. Hətta bunu “qələbə” kimi təqdim etməyə çalışırdılar. Lakin günün sonunda şok yaşamalı olublar. Vəziyyət o həddədir ki, həm Qarabağda, həm də Ermənistanda etirazlar başlayıb.
JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi Azərbaycan Ordusunun Fərrxu kəndi və ətraf yüksəkliklərdən çıxmadığı xəbəri yayıladan sonra yenidən haray-həşir salmağa başlayıblar. Bundan əlavə, Qarabağın özündə də vəziyyət yaxşı deyil. Belə ki, orada yaşayan ermənilər davamlı olaraq aksiya keçirməyə başlayıblar. Hətta iş o yerə çatıb ki, separatçıların rəhbəri Arayik Harutyunyan davamlı olaraq 5 gündür qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirərək, narazıları sakitləşdirməyə çalışır. Amma buna nail ola bilməyib.
Onu da bildirək ki, artıq Qarabağdakı erməni separatçıları vəziyyəti sakitləşdirmək, ermənilərin köçünün qarşısını almaq üçün yeni-yeni nağıllar da uydurmağa başlayıblar. Belə ki, onlar guya, razılaşma əldə olunduğu, tərəflər arasında hələ də danışıqların getdiyi barədə xəbərlər yayırlar.
JAMAZ.İNFO xəbər verir ki, özünü Qarabağın “deputatı” kimi təqdim edən və “müxlifət” kimi göstərən Metaxe Akopyan NEWS.am saytına deyib ki, guya, Azərbaycan tərəfi ilə Rusiya sülhməramlıları arasında Daşbaşı yükəskliyi istiqamətində atəşkəs rejiminin pozulmayacağına dair razılaşma əldə olunub. “Həll yolu daha yüksək səviyyədə qərarlaşana qədər atəşkəs rejiminin pozulmayacağına dair razılaşma var. Bu müddət ərzində siyasi həll yolu tapılacaq və onların orada qalıb-qalmadıqlarını, yoxsa geri dönmələrini anlamaq imkanımız olacaq”.
Akopyan bildirib ki, danışıqlar aparan tərəf Azərbaycan və Rusiyadır. Onun sözlərinə görə, hər iki tərəf Ermənistanı prosesə qatmaq və ya onu tərəf olaraq danışıqlara dəvət etmək fikrində deyil. “Həmin danışıqların tərəfləri Azərbaycan və Rusiyadır ki, bu da Ermənistanın həmin üçtərəfli sazişdən çıxdığını sübut edir”.
Xatırladaq ki, Metaxe və onun kimilərin bu canfəşanlığı, müxtəlif nağıllar uydurmaları səbəbsiz deyil. Onsuz da Qarabağda yaşayan ermənilərin vəziyyəti yaxşı deyil. Bir tərəfdən qazın və elektrikin olmaması, digər tərəfdən su korluğu çəkmələri, bir başqa yandan da evsizlik, işsizlik, sosial problemlər girdabında boğulmalar onların Qarabağdan kütləvi köçünə start verib. Belə olan vəziyyətdə separatçıların əsas dayaq nöqtəsi olan ermənilərin köç etməsi, onların da lazımsız bir şey olmasına gətirib çıxaracaq. Ona görə də, Metaxe kimi nağıllar uyduraraq, köçün qarşısını almağa, prosesi önləməyə və özlərinin “siyasi ömürlərini” uzatmağa çalışırlar.
Bildirək ki, Azərbaycan Qarabağda atəşkəs rejimini pozmaqda maraqlı deyil və buna heç vaxt can atmayıb. Rəsmi Bakının mövqeyi konkretdir: Qarabağdakı qanunsuz erməni silahlı dəstələri ərazilərimizi tərk etməlidir. Əks təqdirdə, bunu güc yolu ilə həyata keçirəcəklər.
Hazırda gedən proses də bununla bağlıdır. Belə ki, Azərbaycan bir müddətdir rəsmi olaraq qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxmasını tələb edir. Bu xəbərdarlıqlara məhəl qoyulmadığını gördükdə isə konkret addımlar ataraq, onların zorla çıxarılmasını təmin edir. Ermənilərin bu gün “Azərbaycan atəşkəs rejimini pozur” deməsi isə öz cinayətlərini bizim üzərimizə atmaq cəhdindən başqa bir şey deyil. Bunu Qərbdəki siyasi dairələr də, bölgədəki rus sülhməramlıları da yaxşı bilirlər. Lakin özlərini o yerə qoymurlar.