Paşinyan: “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq lazım idi”


Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi Serj Sarkisyanı uğursuzluğa düçar edib.
 

Pravda.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Parlamentində təşkil olunan “Hökumət saatı”ndakı çıxışı zamanı deyib.
 
Paşinyan Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə toxunaraq bildirb ki, bu, Serj Sarkisyan iflasa uğradıb: “Serj Sarkisyan, 17 aprel 2018-ci il tarixində parlamentdəki çıxışı zamanı etiraf etdi ki, danışıqlar prosesi nikbinlik yaratmır, çünki Azərbaycanın tələbləri Ermənistan üçün qəbuledilməzdir. O, bu tribunadan gələcək müharibəni elan edərək dedi ki, biz Azərbaycanın uzun müddətə Qarabağ məsələsini hərbi yolla həll etməyə çalışmayacağına ümid etməməliyik.”
 
Paşinyan, həmçinin müharibəni dayandırılması məsələsinə bir daha toxunub: “2020-ci il sentyabrın 27-də parlamentin tribunasından səsləndim, hörmətli Ermənistan Respublikasının vətəndaşları, Milli Məclisin deputatları, mən müharibəni elə indi dayandıra bilərəm, amma bunun üçün müəyyən şərt var. Biz razılaşmalıyıq ki, Qarabağ muxtar vilayət statusuna oxşar bir statusa malik olaraq Azərbaycanın tərkibində olmalıdır. Geriyə dönüb bu məntiqi Serj Sarkisyanın irəli sürdüyü məntiqlə birləşdirsək, belə bir nəticə əldə edirik. Əslində müharibənin qarşısını almaq üçün Azərbaycanın qəbuledilməz görünən tələblərini Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etmək, yəni tanımaq lazım idi”.
Tarix: 4-05-2022, 21:45
Xəbəri paylaş





Xəbər lenti