Xankəndidə ATIŞMA: Erməni general-mayor saxlanıldı



Ermənistanda general-mayor Samvel Karapetyan (Oqanovski) Xankəndidə baş verən atışma işi ilə bağlı saxlanılıb.
Atışma mayın 10-da saat 19:10 radələrində baş verib. Bir mülki şəxsin də saxlanıldığı bildirilir.
Qeyd olunur ki, faktla bağlı “silah və ya silah qismində istifadə edilən əşyalarla xuliqanlıq” və “qanunsuz olaraq silah əldə etmə, saxlama və daşıma” bəndləri ilə cinayət işi başlanıb.
İlkin araşdırma aparılır.
Mənbə: Sputnik Ermənistan
Tarix: 11-05-2022, 17:29
Xəbəri paylaş





Xəbər lenti