Kəlbəcərin bu kəndində ermənilər belə yaşayır...-FOTOLAR+VİDEO

Kəlbəcərin bu kəndində ermənilər belə yaşayır...-FOTOLAR+VİDEO
Moderator.az dəyərli oxucuları hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasına aid olsa da, rəsmən Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalan və ermənilərin məskunlaşdığı yaşayış məntəqələrimizin gerçək durumu ilə tanış etməkdə davam edir...
 
Kəlbəcər rayonunun Rusiya “sülhməramlı” qüvvələrinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Dəvədaşı kəndində yollar asfaltlanır.
Moderator.az xəbər verir ki, bu, “Hayk-media”nın yaydığı video-reportajdan bəlli olub.
 
Erməni müxbir “Poqosomer” adlandırdığı kəndin girişində Xankəndindəki xunta tərəfindən tikildiyi deyilən yeni evdəki erməni ailəsi ilə görüşüb. 

Erməni qadın bildirir ki, bu torpaqlar onların vətənidir və ömürlərinin sonunadək burada yaşamalıdırlar...
 
Zəruri arayış:
 
Dəvədaşı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Poqosoqomer olmuşdur.
 
Yaşayış məntəqəsini qonşu Dovşanlı kəndindən çıxmış ailələr Dəvədaşı adlı yerdə salmışlar. Kəndə ermənilər tərəfindən Poqosoqomer (erm. "Poqosun tövlələri, pəyələri") adı verilmişdir. 1992-ci ildən kəndin keçmış adı bərpa edilmişdir. Dəvəgözü daşı mineralının adı ilə bağlı olması ehtimal edilir.
 
Dəvədaşı kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Ağdərə rayonu inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dəvədaşı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 
 
Kənd Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Dəvədaşı rəsmən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətinə verilib.

 
Sultan Laçın

Tarix: 12-05-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti