“Hayastan” fondu Tərtər rayonu ərazisində yeni yol çəkilişini davam etdirir...-VİDEO
Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərindən Xankəndiyədək məsafəni qısaltmaq üçün 27 kilometrlik yeni Ağdərə-Canyataq avtomobil yolunun tikintisini davam etdirir.Moderator.az xəbər verir ki, bu haqda “Armenian_Life” teleqram-kanalı məlumat və video-görüntü paylaşıb.
“Hayastan” ümumerməni fondunun hesabına çəkilən bu yolun tamamlanması nəticəsində Ağdərə-Xankəndi yolunun uzunluğu 24 km qısalaraq 97 km-dən 73 km-ə enəcək. Belə ki, hazırda Qarabağdakı ermənilər Ağdərə-Aşağı Oratağ-Heyvalı(Kəlbəcər)-Çıldıran-Xankəndi marşrutu ilə hərəkət edir.
Sultan Laçın
Tarix: 14-05-2022, 21:47