Tərtər ərazisində erməni yürüşü... - “Azərbaycan polisi burada gərək...”-VİDEO


Tərtər ərazisində erməni yürüşü... -
“Azərbaycan polisi burada gərək...”
 Azərbaycan Respublikası Tərtər rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin faktiki nəzarətində qalan Ağdərə şəhərində İrəvandakı revanşist və irqçi  "müqavimət hərəkatı"na dəstək yürüşü təşkil edilib.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumat və video-görüntülər erməni teleqram-kanallarında yayılıb. 
 
"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq!" kimi anti-konstitusyon şüarlarla keçirilən etiraz aksiyasında öndə yeniyetmələr, hətta bağça yaşlı uşaqlar hərəkət ediblər.
Etirazçıların əllərində və yaxalarında Xankəndindəki separatçı-terrorçu rejimin əski parçası olub...
 
Aksiya "inzibati" binalardan birindəki iclas zalında anti-Azərbaycan çıxışlarıyla yekunlaşıb...
 
P.S. Azərbaycan polisi burada gərək...
 
Unutqanlara və bilməyənlərə xatırlatma:
 
Ağdərə - Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhərdir. Sovet dövründə tarixi adı ləğv edilərək 1939-1991-ci illərdə rəsmən “Mardakert” adlandırılmış keçmiş Ağdərə rayonunun mərkəzi olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi keçmiş Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
 
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir...
 
Bu minvalla Tərtər rayonunun bir şəhəri və 13 kəndi, Ağdam rayonunun 8 böyük kəndi və Kəlbəcər rayonunun 23 kəndi 1992-1993-cü illərdən bəri işğal altında qalıb. 2020-ci ilin 44 günlük savaşının nəticələrinə görə imzalanmış 10 noyabr üçtərəfli razılaşmasına əsasən sözügedən rayonlar keçmiş Azərbaycan SSR-in inzibati bölgüsünə uyğun olaraq Azərbaycana qaytarılıb. Odur ki, Tərtər rayonunun savaş zamanı azad edilmiş 3 kəndi istisna olmaqla keçmiş Ağdərə rayonunun digər əraziləri, o cümlədən Ağdərə şəhəri ermənilərin nəzarətində qalıb...

Sultan Laçın
Tarix: 20-05-2022, 10:33
Xəbəri paylaş





Xəbər lenti