Laçının kəndində erməni şagirdlərin “son zəngi”…-Xankəndindən “nazir” də gəldi…

Laçının kəndində erməni şagirdlərin “son zəngi”…-Xankəndindən “nazir” də gəldi…
“İnşallah, tezliklə Laçın ərazisini tərk etmək haqda “sülhməramlı”lardan  son zəngi eşidərlər…”
Azərbaycan Respublikası Laçın rayonunun bir il 6 aydan çoxdur ki,  Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalan və hələ də onlarla erməninin qanunsuz məskunlaşmaqda davam etdiyi Zabux kəndində yerləşən terrorçu Qaregin Njde adına məktəbdəki erməni müəllim və şagirdlər “son zəng” keçirib.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
 
Ermənilərin “Artsaxın qapısı” adlandırdığı kəndimizdəki üzdəniraq tədbirdə Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “təhsil naziri” Anait Akopyan və bir “deputat” da iştirak edib…

Zəruri arayış və xatırlatma: 
 
Zabux kəndi hazırda Laçın rayonunun bilavasitə “Laçın dəhlizi” adlanan hissəsində -Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Bəzi məlumatlara görə, əvəllər bu ərazidə Sus -Zabux adlı başqa kənd də olub.  
 
Toponimin mənşəyi haqda ehtimal:
 
XIX əsrdə, yəni  Çar Rusiyası dövründə  rusların çəkdiyi  Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə  ruslar bu yaşayış məntəqəsini  “Za buqrom”(təpənin arxasında)  birləşməsinin əsasında  qısaca “Zabuq” adlandırmışlar.  Sonradan bu söz Azərbaycan tükcəsindəki tələffüzünə uyğunlaşaraq “Zabux” şəklinə düşüb. Yeddi cildlik Azərbaycan tarixində yazıldığına görə, Ermənistan işğalı dövründə Zabuxda başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir (Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 268)...
 
Yarandığı gündən  kənddə bir erməni də yaşamayıb. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Son məlumatlara görə, Zabuxun didərgin azərbaycanlı əhalisinin sayı 800 nəfərə yaxındır...
 
2013-2017-ci illərdə Livandan olan olan erməni sahibkarlarının dəstəyi ilə Zabux kəndi ərazisində 50-yə yaxın müasir tipli kənd evindən ibarət  “Ariavan” adlı yeni yaşayış kompleksi tikilib...
 
10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmasına əsasən  kənd  artıq 1 il 6 aydan çoxdur ki, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir. Həmin kontingentin Azərbaycanın Ermənistanla rəsmi dövlət sərhədindəki 1 nömrəli postu məhz Zabux kəndində yerləşir...
 
XX əsrin əvvəlində xalq qəhrəmanı Sultanbəy tərəfindən tayqulaq erməni generalı Andranikin qoşununun darmadağın edildiyi Zabux kəndində sanki Azərbaycanın acığına hələ 2011-ci ildə Suriyanın Əl-Kamışlı şəhərindən  qeyri-qanuni olaraq köçürülmüş və kəndə qanunsuz “mer” təyin edilmiş tayqulaq sələfinin adını daşıyan Andranik Çavuşyan adlı erməni irqçi və revanşist çıxışlar edir, bu kəndin “onların vətəni” olduğunu və “buradan çıxmayacaqları”nı söyləyir. Ötən ilin yazında o, Zabux kəndində terrorçu, faşist Qaregin Njdeyə heykəl qoymağa hazırlaşmasından da danışıb. 2021-ci ilin dekabrında Zabuxda Ermənistanın “Genezis Armenia” şirkətinin maliyyəsi hesabına yeni çörək sexi açılıb. Bu il aprel ayının 23-də qondarma erməni "soyqırımı"nın "107-ci ildönümü" ərəfəsində Azərbaycanın bu kəndindəki ermənilər  üzdəniraq "məşəl yürüşü" də keçirib.  Bundan əlavə,  Zabuxda erməni Pasxa bayramının özü və ondan öncəki bazar günü keçirilən “Tsaxkazard”  adlanan bayram da qeyd edilib və bunlara aid foto və video-görüntülər də yayılıb...  Mayın 17-də isə erməni saytlarının yaydığı məlumata görə, Zabuxun qanunsuz "meri"  Andranik Çavuşyan guya Azərbaycan tərəfinin Laçın rayonunun Güləbird kəndindəki SES-dən digər kəndlərə çəkilən elektik xətlərinin Zabux ərazisindən keçməsinə imkan verməyib və danışıqlardan sonra elektrik dirəkləri kənddən 8,5 km aralıda basdırılmağa başlanıb...

Son məlumatlara görə, hazırda Zabux kəndində qanunsuz olaraq 90-a yaxın erməni məskunlaşıb. Laçında qeyri-qanuni məskunlaşmış ermənilərin uşaqları da bu kənddəki məktəbdə təhsil alır...
Zabux kəndində işğaldan öncəki tarix boyu bir erməni də yaşamayıb...
 
Bir daha xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy  tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik  özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərərək xəyanət etdiyinə görə bir türk paşası  kəsib...
 
Sultan Laçın
Tarix: 31-05-2022, 13:59
Xəbəri paylaş





Xəbər lenti