Ermənistan baş prokuroru 3 gündür, Qarabağdadır -Bu gün də Əsgərana gəlib-FOTO


“Azərbaycan dövləti tərəfindən qəti tədbirlər görülməsə, Ermənistan rəsmilərinin ayağı Qarabağdan kəsilməyəcək…”
Xəbər verdiyimiz kimi,  iyunun 8-də Ermənistanın baş prokuroru Artur Davtyan müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan Azərbaycan Respublikası ərazisinə gəlib. 

O, Azərbaycan ordusunun 44 günlük  İkinci Qarabağ savaşındakı zəfərindən sonra da  Rusiya "sülhməramlı"larının qucağında bəslənən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin başçısı Araik Arutyunyanla görüşüb.
 
Moderator.az-ın bu gün erməni mənbələrindən əldə etdiyi məlumatlara görə, işğalçı ölkənin baş prokuroru hələ də Azərbaycan ərazisindədir. 

Dünən – iyunun 9-da A.Davtyan  qondarma rejimin qanunsuz “prokuror”luğunun binasında "baş prokuror"  Qurqen Nersisyan və onun əməkdaşlarıyla ayrıca görüş keçirib.
 
Bu gün – iyunun 10-da isə Ermənistan baş prokuroru Azərbaycan Respublikası  Xocalı rayonunun Əsgəran şəhərində olub. A. Davtyan bu Azərbaycan şəhərində separatçı-terrorçu rejim ordusu qarnizonlarının qanunsuz “hərbi prokuror”larıyla müşavirə keçirib. O, separatçı orduda 2022-ci ildə cinayət və sui-qəsdlərin azaldığını qeyd edib…
 
P.S. Azərbaycan dövləti tərəfindən qəti tədbirlər görülməsə, Ermənistan rəsmilərinin ayağı Qarabağdan kəsilməyəcək…
 
Sultan Laçın
Tarix: 10-06-2022, 22:53
Xəbəri paylaş





Xəbər lenti