Ermənistan KİV-lərinin Zəngəzurdan keçən yolun gələcək rejimi haqqında şərhləri


Lavrovun Azərbaycanı Naxçıvanla birləşdirən “sadələşdirilmiş rejim” haqqında bəyanatından sonra “Azadlıq Radiosu”nun Ermənistan xidməti bəzi təfərrüatları açıqlayıb.
Belə ki, daxil olan məlumata görə, Ermənistan ərazisinə gələn Azərbaycan yükləri və sərnişinlər əvvəlcə Rusiya sərhədçiləri tərəfindən, daha sonra Ermənistanın Gömrük Xidməti tərəfindən yoxlanılacaq. Daha sonra keçidi tərkibində ən az bir rus zabitin olacağı erməni keşikçi qrupu müşaiyət edəcək.
Erməni sərnişinlər və Ermənistan yükləri Azərbaycan ərazisinə daxil olduqda da eyni şərtlər tətbiq ediləcək? Mənbənin məlumatına görə, danışıqlar davam etdirilir.
Xatırladaq ki, RF XİN başçısı Sergey Lavrov iyunun 9-da Yerevanda Ermənistan və Azərbaycan arasında dəmiryolu marşrutunun razılaıdırıldığını və hazırda avtomobil yolunun razılaşdırılmasının başa çatmaq üzrə olduğunu bildirib. Ermənistan və Azərbaycan arasında isə sadələşdirilmiş kommunikasiya rejimi olacaq.
Beləliklə, Ermənistan tərəfin məlumatına görə, Azərbaycan və Naxçıvan arasında dəmir və avtomobil yollarında ermənilər tərəfindən gömrük və pasport nəzarəti həyata keçiriləcək.
Bu zaman Ermənistan tərəfi Laçın dəhlizində belə bir şey olmayacağını, bu yolun “azad yol” olduğunu iddia edir. 
Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrlə əlaqəyə görə gömrük rüsumu ödəyəcək.
Baş nazir müavinlərinin üçtərəfli danışıqlarında hələlik bir çox logistik və texniki məsələlər, o cümlədən Yerasx-Culfa-Mehri-Horadiz dəmir yolu marşrutu razılaşdırılmayıb, avtomagistral marşrutu ilə bağlı fikir ayrılıqları var.
Bakı iki varinat təklif edib: dəmir yoluna paralel olaraq və ya Laçından keçərək Gorus, oradan isə Sisiandan keçməklə Biçenek aşırımına qədər. Bu yol hələ SSRİ dövründə mövcud idi.
Ermənistanda ermənilərin Azərbaycandan keçməkdən qorxduqları, orada onları qoruyacaq heç kimin olmadığı haqqında çox danışırlar. Beləliklə, kommunikasiyaların açılmasından Ermənistan deyil, Azərbaycan və digər ölkələr mənfəət əldə edəcək. 
Contact.az
Tarix: 15-06-2022, 22:56
Xəbəri paylaş





Xəbər lenti