"Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb..."- Daşnak deputat
"Sözsüz ki, Qarabağdakı ermənilərin "müqavimət ocaqları" bilavasitə Moskvanın göstərişi və dəstəyi ilə formalaşır. Və..."
"Çoxlu sayda qeyri-müəyyənliklərə və çətinliklərə baxmayaraq, qarabağlılar(oradakı ermənilər-S.L.) öz torpağında möhkəm dayanır və iki aylıq mübarizəmiz qarabağlılara yeni güc verib".
Moderator.az xəbər verir ki, "News.am"-ın yaydığı məlumata görə, bunu Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, "Daşnaksütyun" ali orqanının nümayəndəsi İşxan Sağateyan iyunun 24-də İrəvanın mərkəzindəki "Fransa" meydanında revanşist və irqçi "Müqavimət" hərəkatının mitinqində rusiyayönümlü müxalifətin Qarabağa səfərinin nəticələrinə yekun vurarkən deyib.
Siyasətçinin sözlərinə görə, müharibədən sonra onlar Qarabağa dəfələrlə səfər ediblər. Ancaq iki gün əvvəl Qarabağda gördükləri ab-havanın fərqli olduğu üzə çıxıb.
“Demək olar ki, Qarabağda da müqavimət ocaqları formalaşıb. Qarabağ xalqı öz Vətəninin ağasıdır və heç vaxt Qarabağın Azərbaycanın tərkibinə daxil olacağına qərar verməyəcək”, - deyə müxalifətçi vurğulayıb.
Sağatelyan əmin edib ki, Qarabağda Ermənistanın baş naziri və Azərbaycan prezidentinin erməniləri bölgədən qovmağa yönəlmiş gündəmini bölüşəcək və ona xidmət edəcək heç kim yoxdur.
Onun sözlərinə görə, siyasi qüvvələrlə Qarabağda "Müqavimət" hərəkatının əlaqələndirmə şuralarının yaradılması ilə bağlı razılıq əldə olunub.
P.S. Sözsüz ki, Qarabağdakı ermənilərin "müqavimət ocaqları" bilavasitə Moskvanın göstərişi və dəstəyi ilə formalaşır. Və bu fikirlərin məhz Lavrovun Azərbaycana səfər etdiyi gündə səslənməsi təsadüfi deyil... Sultan Laçın
Tarix: 25-06-2022, 09:18