Arayikin Xocalı rayonundakı “irimiqyaslı layihələri”ni durduracağıqmı?..-FOTOLAR

Arayikin Xocalı rayonundakı “irimiqyaslı layihələri”ni durduracağıqmı?..-FOTOLAR
Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının  bir hissəsində Rusiya “sülhməramlı” kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin tör-töküntülərinin başçısı Arayik Arutyunyan Xocalı rayonu ərazisində “həyata keçirilməkdə olan bir sıra” qanunsuz “irimiqyaslı layihələrin icrası ilə tanış olub”.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin rejim başçısının mətbuat xidmətinə istinadla  yaydığı məlumata görə, Arayik öncə Badara kəndi yaxınlığında tikilməkdə olan su anbarının ərazisinə gəlib. 
 
Qondarma rejimin qanunsuz “su komitəsi”nin sədri yerindəcə məlumat verib ki, separatçı rəhbərin  “tapşırığı ilə işlər qrafikə uyğun olaraq yerinə yetirilib”. 10 ay ərzində Xankəndinin “suqəbuledici məntəqəsini qidalandıran yeni su kəməri istifadəyə verilmişdir. Hazırda 2025-ci ildə başa çatdırılması nəzərdə tutulan böyük su anbarının tikintisi üzrə işlər aparılır”.
 
Daha sonra Arayik  müvafiq olaraq 149 və 92 ev tikilən Xocalı rayonunun “Ovsepavan” adlandırılmış Dərələyəz və “Astxaşen” adlandırılmış Daşbulaq kəndləri ərazisində olub. “Məsul şəxslər əmin ediblər ki, bu ilin sonuna kimi Əsgəran rayonunun(Xocalı rayonunun bir hissəsi-S.L.) yuxarı nahiyəsinin dörd icmasının sakinləri, eləcə də həlak olan hərbçilərin ailələri üçün nəzərdə tutulmuş iki qəsəbədə 150-dən çox fərdi yaşayış evi istifadəyə veriləcək”.

Separatçı başçı həmçinin bir il əvvəl əsası qoyulmuş müasir aqrotexniki qaydalara malik “Qrika Aqro” şirkətinin üzüm bağına, “Green Land-1” və “Green Land-2” şirkətlərinin xurma və heyva bağlarına, rusiyalı iş adamının 2021-ci ildə təsis etdiyi “dogma” kəndi Xanaabadda(erm. “Xnapat”)  meyvə və giləmeyvə becərilməsi ilə məşğul olan "Ən yaxşı meyvə" soyuducu təsərrüfatına da baş çəkib.   
Üzdəniraq separatçı lider bir daha vurğulayıb ki, Qarabağda kənd təsərrüfatının intensiv inkişafının alternativi yoxdur” və  rejim “müasir standartlara cavab verən təsərrüfatlar yaradan sahibkarları həvəsləndirməyə və dəstəkləməyə hazırdır” – xəbərdə belə deyilir.
 
Zəruri şərh: 
 
Hayların torpaqlarımızdakı bu qanunsuz işlərinin qarşısını almağın yeganə yolu, nə yolla olursa-olsun, Qarabağın qalan ərazilərində də yurisdiksiyamızı bərpa etməkdir… 
 
Sultan Laçın
Tarix: 12-07-2022, 08:31
Xəbəri paylaş





Xəbər lenti