"Rusiyanın uzunmüddətli planı budur ki, gücü yetərsə Qarabağı ilhaq etsin" - Sərdar Cəlaloğludan ŞOK TƏHLİL


"Rusiyanın Qarabağ və Azərbaycanla bağlı siyasətində faktiki olaraq heç bir dəyişiklik yoxdur. Bu gün Ermənistanda antirus əhval-ruhiyyəsinin baş qaldırmasının səbəblərindən biri də budur ki, ermənilər uzun illər Rusiyanın Qarabağ kartında Azərbaycana qarşı ermənilərdən istifadə etdiyini anladılar. Məqsəd Qarabağı özünə ihaq etməkdir. Bunu aydın şəkildə başa düşdüklərinə görə, Ermənistan-Azərbaycan münasibətində Qarabağ problemini qoymurlar.
Rusiya Cənubi Qafqazda özünün hərbi mövcudluğunu saxlamaq, Gürcüstan, Ermənistan və Azərbaycan üzərində təsirini gücləndirmək üçün ilk olaraq Ermənistanı bir hədəf seçmişdi. Amma son vaxtlar Azərbaycanın geopolitik əhəmiyyəti artdığına görə, xüsusilə də Avropa üçün önəm kəsb etdiyinə görə artıq  Azərbaycanı hədəf seçir. Rusiyanın uzağa gedən planları bundan ibarətdir ki, gücü yetərsə Qarabağı ilhaq etsin". 
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 
Onun sözlərinə görə, Rusiya çalışacaq ki, öz torpağı kimi ilhaq etsin, gücü çatmazsa burada uzunmüddətli hərbi missiyasının olmasına Azərbaycanı məcbur etsin: "Sülhməramlı qüvvələr adı altında ruslar ora hərbi qüvvə yeridərkən Azərbaycan hökumətinin razılığı olmadan, üçtərəfli müqaviləyə zidd olaraq minlərlər rus vətəndaşı olan mülki şəxslər ora gətiriblər ki, guya buradakı hərbi qüvvələrə xidmət edirlər. Onlar artıq Xankəndidə rus icmasını formalaşdırıblar. Son mitinqin keçirilməsi də İlham Əliyevə ciddi bir təzyiqdir. Məqsəd budur ki, guya Qarabağ erməniləri  Rusiyanın tərkibində olmaq istəyirlər".
S.Cəlaloğlu vurğuladı ki, Azərbaycan müstəqil bir dövlətdir, onun ərazisində yaşayan bir insanın hər hansı  bir ölkənin vətəndaşı olması həmin ərazinin statusunu dəyişdirə bilməz: " Ermənilər Rusiyanın vətəndaşı olaraq Qarabağ da yaşaya bilərlər. Amma bu o deməkdir ki, onlar Azərbaycan vətəndaşı olmaq istəmirlər, Rusiya vətəndaşı olmaq istəyirlər, Qarabağ da Rusiyaya verilməlidir. Bunlar hamısı siyasi demoqogiyadan başqa bir şey deyil. Beynəlxalq hüquqa zidd bir məsələdir. Faktiki olaraq Putin Valdey forumunda açıq şəkildə etiraf etdi ki, Avropanın təkidləri Qarabağın suverenliyinin təmin edilməsinə yönəlib. Putin açıq şəkildə dedi ki, əgər Vaşinqton görüşünün nəticələri ilə ermənilər razılaşsalar, Qarabağı itirəcəklər. Qarabağ Azərbaycanın tərkib hissəsi olacaq. Amma Rusiyanın tərkibinə keçməyə "hə" desələr bu onların xeyrinə olacaq".
Tarix: 31-10-2022, 17:22
Xəbəri paylaş





Xəbər lenti