“Azərbaycan-Ermənistan sərhəddində yenidən təxribatlar törədiləcək” — SENSASSİON AÇIQLAMA






“Paşinyanın İrana getməsi daha çox Ermənistanın çıxılmaz durumuna dəlalət edir. Paşinyan Soçi görüşündən öncə çox arxayın idi və həddən artıq Rusiyaya yaltaqlandı. Amma, Azərbaycan prezidentinin dəmir iradəsi Paşinyanın savadsız təkliflərini vurub dağıtdı və onun həyata keçməsinə imkan vermədi. Ona görə də, Moskva sənədləri asılı qaldı, qəbul olunmadı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat  Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu görüşdə qəbul olunan bəyanat deyil və əslində müraciətdir.

“Həmin müraciətdə elə də ciddi məsələ yoxdur, ancaq əvvəlkiləri təkrar edir. Burada müsbət tərəf odur ki, “Dağlıq Qarabağ” məsələsi yoxdur. Burada sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi var. Putin bəyan etdi ki, SSRİ Baş Qərargahında olan topoqrafik xəritələrlə dəqiq sərhədlərin müəyynləşdirilə bilər və o xəritələri verəcəm. O, hansıdır deyə bilmərəm. Bu, ən azı Ermənistanı indiki şəraitdə bu aqressivliyini azaldacaq. Burada Paşinyanın İrana getməsi isə o deməkdir ki, sabah, o birisi gün Azərbaycan-Ermənistan sərhəddində yenidən təxribatlar törədiləcək. Bu, birmənalıdır. Necə ki, görüşdən bir gün qabaq oktyabr ayının 30-da Xankəndiyə Ermənistandan nə qədər adam gətirmişdilər ki, guya təqdim etsinlər ki, burada 65 min adam yaşayır. Amma məlum oldu ki, orada 5 min adam yığa bilməmişdilər.  Xankəndidə elə bir yer yoxdur ki, orada 65 minlik adam tutsun. Oranı tanıyan adamlar çox gözəl bilir. Ona görə də, Ermənistanın əlindəki bütün siyasi kartları İlham Əliyev vurdu, dağıtdı. İndi bunlar fars qardaşlarının yanına gediblər. Bilirsiniz ki, orada bir fars mollası var, əxtari qeyd etdi ki, farsla erməni qardaşdır, eyni soykökdəndir. Tez ermənilər də, o da bəyan etdi ki, “bir millət, iki dövlət” ik.  Vaxtilə Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” şüarını da mənimsədilər. Bu bədbəxtlər kimdə nə ağıllı şey görürsə, onu götürürlər. Sonra deyirlər ki, biz demişdik. İndi baxarsınız bir neçə gündən sonra deyəcəklər ki, bunu Azərbaaycan bizdən oğurlayıb. Onu biz demişdik o vaxtı. Bu dərəcədə bunlar xəstədirlər”. 

C. Nuriyev qeyd edib ki, Azərbaycan əleyhinə yeni təxribat planı hazırlanır.

“Burada fars, erməni, rusun da müəyyənn qüvvələri iştirak edir. Yeni təxribat planı hazırlayırlar. Paşinyanın ora getmə səbəbi də budur. Çünki İranın da istədiyi olmadı, Rusiya da ermənilərin istədiyini vermədi. Ermənilər ya Qərbin dediyini etməlidirlər, ya da onlar sanksiya ilə üzləşə bilər. Onda Soros bu dəfə Paşinyanın yerinə kimisə tapıb gətirəcəklər. Ona görə burada İranın mövqeyi anlaşılandır, amma diplomatik etiket var. İran gərək fikirləşə ki, kimin yanındadır və kimin yanında olmaq İrana nələr verə bilər. Onsuz da İran artıq iki aya yaxındır çalxalanır. 1978-ci ilin sonundakı hadisələr baş verir. 79-cu ildə bilirsiniz ki, artıq şah qaçdı və onlar hakimiyyətə gəldilər. İnanmıram ki, bu 2023-cü ilin martına qədər çəkər, yəni İran ağlını başına yığsa yaxşı olar. Ermənistan onlar üçün ancaq bədbəxtlik gətirə bilər”.
Tarix: 1-11-2022, 15:08
Xəbəri paylaş





Xəbər lenti