Rusiya səfiri: “Qarabağ məsələsini gələcək nəsillərə saxlamaq lazımdır”
Moskvanın qənaətinə görə, Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Soçidə keçirilən üçtərəfli görüşdən sonra deyib.Azatutyun yazır ki, üçtərəfli görüşün nəticəsi olaraq verilmiş üçtərəfli bəyanatda da Qarabağın adı çəkilmir və “Qarabağ” sözü hətta Rusiya sülhməramlılarına aid bənddə də işlədilməyib.
Amma bu yaxınlarda Rusiya prezidenti
Vladimir Putin bir qədər yayğın şəkildə Qarabağ məsələsinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə salına biləcəyinə işarə etmişdi.
“Status elə bir məsələdir ki…”Kopırkin deyib ki, Azərbaycan və Ermənsitan arasında müqavilə tənzimləmənin nəticəsi olmalıdır.
Səfirin sözlərinə görə, sülh müqaviləsinə hansı bəndlərin daxil edilməsinə dair hələlik yekdil fikir yoxdur:
“Bizim nəzərimizcə, Dağlıq Qarabağın statusu elə bir məsələdir ki, onu gələcək nəsillərə, bu məsələnin hamıya məqbul ədalətli həlli üçün şərait formalaşan vaxta saxlamaq lazımdır”.“Doğrudanmı Əliyevi bəyanatda Qarabağın statusu məsələsinin olmasına inandırmaq olmazdı” sualına cavab olaraq səfir deyib ki, onda heç bir əlavə məlumat yoxdur və o yalnız ehtimal edə bilər.
Əliyevin rədd etdiyi 15-ci bəndAzatutyunun yazdığına görə keçmiş prezident
Robert Koçaryanın Hayastan parlament fraksiyasından müxalif deputat
Artur Xaçatryan deyib ki, Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququna malik olmasını təsbit etməyən istənilən sənəd iflasa məhkumdur.
İqtidaryönlü deputat
Sergey Baqratyan isə bildirib ki, Azərbaycan prezidenti Rusiya təklifinin 15-ci bəndini qəbul etməyib.
Bu bənddə Qarabağ məsələsinin qeyri-müəyyən vaxta saxlanması qeyd olunurdu.
Deputatın sözlərinə görə Rusiyanın təklif etdiyi bəynat mətninin qalan 14 bəndi heç bir mübahisə doğurmayıb.
Bununla belə o, Soçi bəyanatını mühüm hesab edir:
“İmzalanmadan sonra Azərbaycan Ermənistanın 1991-ci ilə olan dövlət sərhədlərini tanıyıb. Şərq sərhədinin Sev Liçdən (Qara göl) keçən hissəsi və ya İşxanasarın (Qızılcıq-red) hansı hissəsinin Azərbaycanın olduğu və sair bu kimi məsələlər bu razılaşma ilə tənzimlənib. Bu, çox mühüm bənd idi”.Azadlıq radiosu
Tarix: 2-11-2022, 21:51