Xocalı qatili Azərbaycan torpağında anasının il mərasimini keçirdi…-FOTOLAR


Xocalı qatili Azərbaycan torpağında anasının il mərasimini keçirdi…-FOTOLAR
Xəbər verildiyi kimi, Ermənistanın terrorçu üçüncü prezidenti, qatı Rusiyayönlü Respublika partiyasının sədri, Xocalı qatili Serjik Sərkisyan bir neçə gündür ki,  anası Noranın ölümünün ildönümü münasibətilə Azərbaycanın Qarabağ torpaqlarındadır və orada fəal görüşlər keçirir.

Moderator.az xəbər verir ki,  bu haqda News.am məlumat yayıb.
 
Bu gün – noyabrın 7-də isə Serjik Sərkisyanın ölümünün 1 ili tamam olur. Buna görə də Ermənistanın keçmiş siyasi və qeyri-siyasi elitası, keçmiş və indiki bəzi məmurları Qarabağa gəliblər.  Və bu münasibətlə Serjikin anasının məzarı başında il mərasimi keçirilib.

Mərasimdə iştirak etmək üçün Ermənistandan Xankəndinə çoxlu sayda erməni gəldiyindən pulsuz otellərin, demək olar ki, qalmadığı bildirilir.

Tarix: 7-11-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti