“Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”-Abovyanın həyasız iddiası


“Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”.
Konkret.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan deyib.
O, “Ermənistanın gündəmi: mitinqlərdən sonra davam” mövzusunda panel müzakirəsi zamanı sülhməramlıların mandatının uzadılması məsələsinə toxunub.
“Sülhməramlıların Qarabağda mandatının uzadılması vacibdir. Rusiyanın Qarabağdakı hərbi mövcudluğu Qarabağ uşaqlarını soyqırımdan xilas edir”, – deyə boş-boş danışıb.
Daha sonra o deyib ki, Paşinyan hakimiyyəti regionumuzda Qərblə Şərqin qarşıdurmasına səbəb olan ziddiyyətlər üzərində oynamaq üçün ən pis variantı seçib.



Tarix: 8-11-2022, 09:19
Xəbəri paylaş





Xəbər lenti