Rusiya sülhməramlıları Xocalıda parad keçirdi

Rusiya
Xocalı ərazisindəki hava limanında Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin Azərbaycan torpaqlarında olmasının ikinci ildönümü şərəfinə parad keçirilib.
Moderator.az xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb.
Xatırldadaq ki, Azərbaycan ordusunun 44 günlük müzəffər savaşının sonunda -  Şuşanın düşməndən azad edilib artıq Xankəndinin separatçılardan təmizlənməsi ərəfəsində imzalanmış 10 noyabr üçtərəfli bəyanat-razılaşmaya əsasən Rusiyanın rəsmən 1965 hərbçisi və 100-ə yaxın texnikası Laçın "dəhlizi" və keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsinə, eləcə də Şuşa rayonununun 36 məntəqəsinə yerləşdirilib. Halbuki, Rusiya hərbçilərinin torpaqlarımızdakı real sayı dəfələrlə çoxdur...

Sultan Laçın
Tarix: 10-11-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti