“20 min separatçını bir saat ərzində təmizləmək mümkündür, amma...”


Rusiyanın “RBK” telekanalının əməkdaşı İlya Doronovun Qarabağa qanunsuz olaraq səfər etməsi və qondarma rejimin “dövlət naziri” Ruben Vardanyandan müsahibə alması, üstəlik bunu açıq şəkildə sosial şəbəkələr üzərindən paylaşması birmənalı qarşılanmayıb. Onun Azərbaycanın icazəsi olmadan Qarabağa necə daxil olması haradan cəsarət taparaq qondarma rejimin “nazir”indən müsahibə alması müəyyən sualların yaranmasına səbəb olub. Eyni zamanda Azərbaycanın bu kimi hallara qarşı hansı addımlar atacağı da maraq doğurur. Politoloq Zaur Məmmədov bildirib ki, rusiyalı jurnalistin və ya digər xarici müxbirin Azərbaycan ərazisinə daxil olması yalnız rəsmi Bakının icazəsi ilə baş tuta bilər: “Ümumiyyətlə bu məsələlərin qarşısını almaq lazımdır. Azərbaycanın icazəsi olmadan Laçın dəhlizi vasitəsi ilə belə səfərlərin reallaşması yolverilməzdir. Bu səfərlər Laçın dəhlizinin statusuna yenidən baxılmasının vacibliyini gündəmə gətirir. Bu cür hallar davam edərsə, Azərbaycan tərəfi Laçın dəhlizinin girişində keçid məntəqəsi quracaq. Ona görə də, öz funksiyalarını lazımı səviyyədə yerinə yetirməyənlər bunu dərk etməlidirlər. Digər tərəfdən Vardanyan Rusiya tərəfindən Ermənistana lider kimi hazırlanır. Əsas məqsəd onu Qarabağ vasitəsi ilə Ermənistana gətirməkdir. Bununla da Paşinyanın devrilməsi planlaşdırılır. Ona görə də, Nikol Paşinyan hökuməti üçün bu bir siqnal olmalıdır. Çünki Vardanyan Paşinyanın yerinə hazırlanaraq İrəvana göndəriləcək”.
 
Politoloq əlavə edib ki, bu hadisələr danışıqlar prosesinə ciddi zərbədir: “Azərbaycana qarşı təhdid və təzyiqlər davam edərsə, bu zaman ordumuz tərəfindən laçın dəhlizi bağlanacaq. Ümumiyyətlə Laçın dəhlizinin bu gün mövcud olmasının əsas səbəbi mülki ermənilərin Xankəndidən Ermənistana gediş-gəlişini təmin etməkdir. Bundan kənar siyasətçilərin, təxribatçıların, xarici ölkə vətəndaşlarının bölgəyə daxil olması Azərbaycan qanunvericiliyinə ziddir və ərazi bütövlüyünün pozulması deməkdir. Ona görə də, biz bu hadisələrə uzun müddət səbrli yanaşmayacağıq və sülhməramlılar bunu anlamalıdırlar. Əslində Qarabağın dağlıq hissəsində yaşayan 20 min erməni ilə bağlı bu gün qərarın çıxarılması asan məsələdir. Oradakı separatçılaı bir saat ərzində təmizləmək mümkündür. Ancaq biz Ermənistan tərəfinin özünün könüllü şəkildə bu addımı atacağını gözləyirik. Çünki bölgədə yenidən silah səslərinin eşidiləcəyini istəmirik. Amma hadisələr onu göstərir ki, Azərbaycan tərəfi antiterror əməliyyatı keçirərək hər kəsə yerini göstərəcək”.
 
Zaur Məmmədovun sözlərinə görə, Bakı və Moskva arasında müəyyən məsələlərdə narazılıqlar var: “Rusiya tərəfi başa düşməlidir ki, Azərbaycan rəsmi Moskvanın Cənubi Qafqazdakı maraqlarının təmin olunmasında əsas rollardan birini oynayıb. Biz qarşılıqlı şəkildə birgə maraqlarımızın həyata keçirilməsində israrlı olmuşuq. Bunun nəticəsidir ki, Azərbaycan və Rusiya münasibətləri indiki proseslərə qədər yaxşı olub. Fevral ayında Bakı və Moskva arasında strateji müttəfiqliyə əsaslanan sənədin imzalanmasını buna misal göstərmək mümkündür. Amma Rusiya telekanalları tərəfindən başladılan kampaniya onu deməyə əsas verir ki, Moskva və Bakı arasında imzalanan strateji müttəfiqlik sənədi pozulacaq. Bunun məsuliyyəti isə Rusiyanın üzərinə düşür”./Konkret.az
Tarix: 14-11-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti