Paşinyan: Azərbaycanla sülh müqaviləsi əvəzinə...


"Sərhədlərin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirir".
 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
 
Baş nazir Paşinyanın sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatması real görünmür.
 
"Bunun üçün İrəvan Ermənistan-Azərbaycan sərhədinin hərbsizləşdirilməsinin, qoşunların qarşılıqlı çıxarılmasından başlamağın və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır. Sonra sərhədçiləri yerləşdiririk və beləliklə bu məsələ bir müddət bağlanır. Sonra çərçivə sənədini imzalayırıq və delimitasiyaya başlayırıq ki, bu da bir ildən çox davam edə bilər", o deyib.
 
APA
Tarix: 16-11-2022, 21:39
Xəbəri paylaş





Xəbər lenti