Kremlin “Xankəndi planı” ifşa olundu: Bakı Rusiyanın “erməni emissarı” ilə bağlı hərəkətə keçib


Rusiyadan Azərbaycanın Xankəndi şəhərinə “təxribat ezamiyyəti”nə göndərilmiş erməni milyarderin “qələmini qırmaq” barədə qərarın icrasına başlanılıb... İndi o, ya qısa müddətdə Azərbaycan ərazisini tərk etməli, ya da ömrünün qalan hissəsini həbsxanada keçirtməli olacaq...

Cənubi Qafqaz ətrafında geopolitik mübarizə artıq həlledici mərhələyə yaxınlaşır. ABŞ və Qərb bu regionun Rusiyanın təsir dairəsindən çıxarılmasında birbaşa maraqlı olduğunu qətiyyən gizlətmir. Ona görə də, Kremli Rusiyanın Cənubi Qafqazdakı əsas istinad mexaizmindən – Azərbaycan və Ermənistan arasında 30 ilə yaxın davam edən münaqişədən məhrum buraxmağa çalışır. Və bu istiqamətdə fəaliyyətini maksimum həddə qədər intensivləşdirib.
Məsələ ondadır ki, hazırda ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh prosesində Rusiyanın təsir imkanlarını məhdudlaşdırmağa cəhd göstərir. Həm Azərbaycanı, həm də Ermənistanı yekun sülh sazişini imzalamağa təşviq edir, hətta bəzi davaranışları ilə tələsdirməyə çalışır. Və yekun sülh sazişinin Rusiyanın regional maraqlarına nə qədər ciddi təhlükə vəd etdiyini anlayan Kreml bütün mümkün vasitələrlə bu prosesin iflasa uğraması üçün birbaşa addımlar atır.
Təbii ki, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyanın da Azərbaycanın Xankəndi və ətraf bölgəsində peyda olması da məhz Kremlin “qaranlıq planlar”ının icrasına başlandığını göstərir. Kreml “Vardanyan layihəsi”ni işə salarkən, əvvəlcə onun “maskalanmasına” cəhd göstərdi. Belə ki, guya bu erməni təxribatçısı Rusiya vətəndaşlığından imtina edərək, Xankəndi və ətraf bölgədə yaşamaq qərarına gəlib.
777-resize.jpg (46 KB)
Ancaq bu, artıq köhnəlmiş, ancaq Kremlin hələ də əl çəkə bilmədiyi “KQB metodları”ndan başqa bir şey deyildi. Kreml tərəfindən “təxribat ezamiyyəti”nə göndərilməmiş olsaydı, R.Vardanyan heç bir halda, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya edildiyi Azərbaycan ərazilərində peyda olmağa cəsarət etməzdi. Və qətiyyən şübhə doğurmur ki, hazırda rus sülhməramlılar R.Vardanyanın təhlükəsizliyini təmin etmək öhdəliyini də yerinə yetirir.
Belə “geopolitik oyunlar” isə uzun müddət gizli qalmır. Əksinə, çox qısa zamanda ifşa edilir. Bəzi məlumatlara görə, Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı Kreml sahibi Vladimir Putinə Azərbaycanın rəsmi etirazlarını çatdırıb. Prezident V.Putin isə bu barədə dəqiq məlumatlara malik olmadığını bildirib.
Soçi görüşündən isə artıq xeyli müddət ötüb, prezident V.Putin indiyə qədər bu barədə geniş məlumat əldə etmək imkanındaydı. Yəni, ötən müddət Kremlin rus sülhməramlılara təxribatçı erməni milyarderin Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılması barədə göstəriş verməsi üçün tamamilə yetərli olmalıydı. Halbuki, Kreml bununla bağlı hər hansı addım atmağa qətiyyən hazırlaşmır. Və bu, R.Vardanyanın məhz Kreml tərəfindən Xankəndiyə “təxribat ezamiyyəti”nə göndərildiyini təsdiqləyir.
273d1b4be9589d62236dd8fff55530cf.jpg (113 KB)
Təbii ki, rəsmi Bakınin səbri də tükənir. Prezident İlham Əliyevin erməni milyarderi açıq mətnlə “Moskvanın emissarı” adlandırması da rəsmi Bakının daha səbr etmək niyyətində olmadığını göstərir. Azərbaycan lideri onu da vurğulayıb ki, Rusiya xalqının milyardlarla dollar maliyyə vəsaitini ələ keçirtmiş R.Vardanyan Moskvadan “xüsusi gündəlik”lə göndərilib. Və bu, o deməkdir ki, rəsmi Bakı Azərbaycanın Xankəndi şəhərinə “təxribat ezamiyyəti”nə göndərilmiş erməni milyarderin “qələmini qırmaq” barədə qərar verib.
Digər tərəfdən, Azərbaycan Prezidentinin bu barədə Avropa Birliyinin nümayəndələri ilə görüşdə açıq şəkildə danışması Rusiyaya yönəlik sərt mesaj kimi də dəyərləndirilə bilər. Çünki, Prezident Əliyev eyni zamanda, Azərbaycan Avropa Birliyi ilə müqavilənin imzalanma prosesini sürətləndirəcəyini də vurğulayıb. Və bu, Rusiyanın Cənubi Qafqazı tər etməsini də tezləşdirə bilər.
Belə anlaşılır ki, Cənubi Qafqazı öz təsir dairəsində saxlamaqda israrlı olan Kreml əslində, öz “ikibaşlı oyunları” ilə Rusiyanın regional maraqlarına ciddi problemlər də yaradır. Rəsmi Bakı Azərbaycanın milli naraqlarını Rusiyanın geopolitik mənafelərinin girovuna çevrilməsinə imkan vermək niyyətində deyil. Və bu baxımdan, Azərbaycanın bu məsələni birdəfəlik həll etmək üçün qətiyyətli addımlar ata biləcəyi şübhə doğurmir.
61ab51d1d1-befunky-collagevv.jpg (2.86 MB) 
Məsələ ondadır ki, Kremlin “Vardanyan layihəsi” artıq birmənalı şəkildə ifşa olunub. Kreml indi birmənalı şəkildə həm geniş izahat verməlidir, həm də “təxribat ezamiyyəti”nə göndərdiyi erməni milyarderi Azərbaycan ərazisindən ən qısa zamanda çıxartmalıdır. Əks galda, Azərbaycan-Rusiya münasibətlərində müəyyən problemlərin yarana biləcəyi qətiyyən istisna deyil.
Çünki, rəsmi Bakı Azərbaycan ərazisində yeni erməni təxribat planlarının reallaşdırılmasına imkan verə bilməz. Bu təxribatların arxasında Rusiya dayanmış olsa belə, Azərbaycan ölkə ərazisində ötən əsrin 90-cı illərində törədilmiş hadisələrin təkrarlanmasına şans tanımaz. Və Kreml də artıq anlamalıdır ki, keçmişi geri qaytarmaq daha mümkün deyil, belə cəhdlərin qarşısında isə güclü Azərbaycan ordusu dayanır.
Belə anlaşılır ki, rəsmi Bakı ən yaxın vaxtlarda erməni milyarder R.Vardanyanın “təxribat ezamiyyəti”ni sona çatdırmaqda qərarlıdır. Ona görə də, R.Vardanyan özü ən qısa zamanda Azərbaycan ərazilərini tərk etsə, bu, onun özü üçün daha yaxşı olar. Çünki, Azərbaycan ordusunun hərəkətə gələcəyi təqdirdə, onu ömrünün qalan hissəsini həbsxanada keçirtmək təhlükəsi gözləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Tarix: 18-11-2022, 21:29
Xəbəri paylaş





Xəbər lenti