“İmzalamaqdan imtina etmək mümkün deyil” - Hovhannisyan

“İmzalamaqdan imtina etmək mümkün deyil” - Hovhannisyan

“Özlüyündə Ermənistanın Azərbaycanla danışıqlar prosesindən çıxması son dərəcə riskli addım olardı, çünki istənilən aralıq sənəd faydalı ola bilər”.

Bizimyol.info xəbər verir ki, bunu “Orbeli” analitik mərkəzinin eksperti Taron Hovhannisyan yerli mediaya müsahibəsində baş nazir Nikol Paşinyanın bir müddət əvvəl verdiyi bəyanatı şərh edərkən bildirib.
"Nəzəri olaraq, siz hansısa kağızı imzalaya bilərsiniz, lakin bu işləməyəcək və sülh müqaviləsi sayıla bilməz. Sülh müqaviləsi bir tərəfin deyil, müəyyən dərəcədə hər iki tərəfin maraqlarına cavab verən sənəddir. Gələcəkdə danışıqların bir tərəfinin maraqları yenə də yeni hərbi eskalasiyaya gətirib çıxaracaq və bunun bir çox tarixi nümunələri var”, - deyə Hovhannisyan öz qorxularını dilə gətirib.
Ekspertin fikrincə, Azərbaycanla danışıqlar prosesindən geri çəkilmək qəbuledilməzdir. Hovannisyan qeyd edir ki, buna görə də Ermənistanın siyasi rəhbərliyi çərçivə sənədinin imzalanmasını təklif edir.
Onun fikrincə, əsas beynəlxalq aktorların bu prosesə marağı və iştirakını nəzərə alsaq, Ermənistanın boykot etməsi son dərəcə ehtiyatsız və təhlükəli addım olardı.
“Əgər indi Azərbaycanla sülh müqaviləsi mümkün deyilsə, o zaman bəzi ümumi prinsipləri və yanaşmaları təsbit edən, tərəflərin niyyətlərini bəyan edən aralıq sənədin imzalanması tamamilə məqbuldur. Sənədin özü hüquqi qüvvəyə malik olmayacaq, lakin danışıqların mühüm tərkib hissəsi olacaq.
Eyni zamanda, çərçivə sənədinin, əlbəttə ki, imzalandığı təqdirdə hansı konkret elementləri ehtiva edə biləcəyi hələ tam aydın deyil. Rəsmi İrəvan hələlik öz təkliflərini açıqlamayıb. Amma güman etmək olar ki, sənəd son iki ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri səviyyəsində qəbul edilmiş üçtərəfli bəyanatlardan, o cümlədən Praqada baş tutan görüşün yekunlarına görə çox da fərqlənməyəcək.
Bu sənədlərdə Ermənistan-Azərbaycan gündəliyinin əsas məsələləri öz əksini tapıb. Bunlar sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, Azərbaycan qoşunlarının çıxarılması, humanitar məsələlərin həlli, xüsusən də məhbusların azad edilməsidir”.
Xatırladaq ki, noyabrın 16-da Ermənistan hökumətinin başçısı sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı təklif edib.
Tarix: 18-11-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti