Qarabağın havası barıt qoxusuna TƏŞNƏDİR... - YEKUN VƏ TƏRS ŞAPALAQ ZƏRURƏTİ...

Qarabağın havası barıt qoxusuna TƏŞNƏDİR...
Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib...
Ağdam və Xocalıda səngər qazmağa cəhd etdilər, buna paralel olaraq, müxtəlif ərazilərdə Azərbaycan ordusunu atəşə tuturlar...
Dünən də Füzuli istiqamətində atəş açıblar...
Təxribatların intensivləşməsində məqsəd aydındırş...
Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya “dövlətcik” performansı sərgiləyirlər...
Və şübhəsiz ki, tətiyi çəkən separatçılar olsa da, silah Rusiyanındır.
Hərçənd, Fərrux və “Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir. Bu təxribatların da bir cavabı olacaq.
Asif Nərimanlı - DİA.AZ
Tarix: 19-11-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti