Erməni öz postunda təxribat törətdi - VİDEO


Gorusun Xnatsax kəndi istiqamətində erməni postunda erməni hərbçilərin təxribat törətmələrinin videogörüntüləri yayılıb.
 
Siam.az "Oxu.az"a istinadən xəbər verir ki, videogörüntülər Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığındakı postda lentə alınıb.
 
Görüntülərdə içkili vəziyyətdə olan ermənilər nalayiq sözlər səsləndirməklə sanki Azərbaycan hərbçilərini təxribata sövq etməyə cəhd göstərir, onlara qarşı silah tətbiq edilməsinə çalışırlar.
 
Videodan görünür ki, hərbi mövqelər arasında məsafə çox yaxındır. Bu vəziyyətdə yalnız Azərbaycan əsgərinin təmkinli davranışı hansısa “zinvoru” o dünyaya göndərməkdən və növbəti dəfə erməni anasını gözüyaşlı qoymaqdan qurtarır.
 

 
Tarix: 21-11-2022, 10:21
Xəbəri paylaş





Xəbər lenti