Xankəndində beynəlxalq miqyaslı terrorçunun yubileyi qeyd edildi...-FOTOLAR

Xankəndində beynəlxalq miqyaslı terrorçunun yubileyi qeyd edildi...-FOTOLAR
Bu fakt da Rusiyanın Azərbaycan torpağında terrorçu, faşist xislətli qrupları himayə etməsinə daha bir sübutdur...
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalan hissəsində bəslənən separatçı-terrorçu erməni rejiminin özünə yuva qurduğu Xankəndi şəhərində beynəlxalq miqyaslı terrorçunun yubileyi keçirilib.
 

Məlumata görə,  erməni terrorçusu Monte Melkonyanın 65 illiyinə həsr olunmuş və separatçı rejimin təşkil etdiyi tədbir üzdəniraq tədbir işğal dövründə Şuşa şəhərində qondarılmış “Şuşi texnoloji universiteti”nin tələbələri tərəfindən Xankəndindəki 5 saylı məktəbdə keçirilib.
 
Azərbaycana və Türkiyəyə qarşı nifrət aşılanan və əli Avropada və Qarabağda yüzlərlə dinc insanın qanına batmış beynəlxalq terrorçunun mədh edildiyi tədbirdə separatçı-terrorçu rejim nümayəndələri və işğalçı xislətli qanunsuz “hərbçi” və “polis”lər iştirak edib...
 
P.S. Bu fakt da Rusiyanın Azərbaycan torpağında terrorçu, faşist xislətli qrupları himayə etməsinə daha bir sübutdur...
 
Moderator.az 
Tarix: 26-11-2022, 08:43
Xəbəri paylaş





Xəbər lenti