Bakı sülhməramlıların qalmasına razı olacaqmı? - Kortunov


Qarabağ ərazisində məhz Rusiya sülhməramlıları var, bu varlığın daha üç il saxlanılmasını nəzərdə tutub.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov deyib.
Ekspert bildirib ki, sazişə əsasən, münaqişənin hər iki tərəfi Rusiyanın hərbi mövcudluğunu dəstəkləyir və Rusiya sülhməramlıları getməyə məcbur olarsa, o zaman bu regionda təsiri azalacaq:
“Rusiya sülhməramlılarının Qarabağ ərazisində qalma müddətinin uzadılması ilə bağlı istənilən danışıqlar çətin olacaq və bu mandatın uzadılacağını əvvəlcədən deyə bilmərik. Amma üç il ərzində sülhməramlılar Qarabağda olmalıdır.
Nəzəri olaraq güman etmək olar ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının Qarabağ ərazisində mövcudluğunun tezliklə dayandırılmasında israrlı olacaq, lakin bunun baş verməyəcəyinə ümid edirəm.
Mənə elə gəlir ki, Azərbaycan Moskva ilə mübahisə etmək istəməzdi, Bakının indi həll etməli olduğu bir çox başqa vəzifələri var. Məqsəd üç il ərzində təkcə Qarabağı deyil, ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərini narahat edən bütün problemlərin həllində ciddi irəliləyişə nail olmaqdır”.
Tarix: 27-11-2022, 09:25
Xəbəri paylaş





Xəbər lenti