Ruben Vardanyan: “Ya 900 gün ərzində təhlükəsizlik məsələsini həll edəcəyik, ya da...”
Ya mövcud 900 gün ərzində təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, Qarabağda insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da erməni dünyasının əsas sütunlarından birini itirəcəyik.Moderator.az xəbər verir ki, bu barədə seperatçı qurumun "dövlət naziri" Ruben Vardanyan videomüraciətində bildirib. Onun müraciətinin mətnini təqdim edirik:
“İnsanların heç nə edə bilməyəcəyini söyləməsi mənim üçün qəbuledilməzdir. Ola bilsin ki, siyasətçi, dövlət qurumunun əməkdaşı kimi heç nəyi dəyişə bilməzsən, amma bir erməni kimi, bir insan kimi...
İndiki müharibəmiz vətənpərvərlikdir. İrəvanda kimi və nəyi izləyirsiniz, nəyi müzakirə edirsiniz, bilmirəm, amma bizdə vətən müharibəsi gedir.
Ermənistan vətəndaşı, diaspora (nə istəyirsən deyərsən), qarabağlılar təhlükədədir və biz bunu öz biganəliyimizlə ən böyük təhlükəyə çeviririk. Bunu vurğulamaq istəyirəm, üzr istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağı və birbaşa danışmağımızı istəyirəm.
Bizim yalana haqqımız yoxdur, biz hər şeyi adı ilə deməliyik. Bizdə böhran var. Ya mövcud 900 gün ərzində təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, Qarabağda insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da biz erməni dünyasının əsas sütunlarından birini itirəcəyik”.
Tarix: 28-11-2022, 08:49