Laçınlıların birinci qrupu doğma şəhərlərinə gələn ilin sonuna qədər qayıda bilərlər
Laçın rayonu Azərbaycanın ən böyük rayonlarından biridir 1835 km ² olan ərazi 18 may 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Laçın rayonunun işğal edilməsi nəticəsində Ermənistanla Dağlıq Qarabağ arasında bağlantı yaranmış və ərazilər birləşdirilmişdir.Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuşdur. Rayonda coğrafi adların dəyişdirilməsi, təbii rəsursların talan edilməsi və qazanc mənbəyinə çevrilməsi məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafiq tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərə xidmət edilmişdir. Bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
2020-ci ilin yayında Ermənistan Silahlı Qüvvələri dəfələrlə təxribat törədərək mövqelərimizi atəşə tutmuşlar. Nəticədə döyüşlər başlamış və işğal altında olan ərazilərimiz Ali Baş Komandanın "Dəmir yumruğu" sayəsində azad edilmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. İşğal nəticəsində rayona ciddi ziyan dəymişdir. Mədəniyyət, təhsil və digər idarə və müəsissələr məhv edilmişdir. 200 dən çox yerli və 54 dünya əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. Qələbədən sonra Laçın öz yeni inkişaf dövrünə qədəm qoyur. Laçın rayonunun heyvandarlığın inkişafı üçün böyük imkanları var. Hələ sovet dönəmində Aran rayonlarının qoyun sürüləri Laçın rayonunun yaylaqlarına göndərilirdi. Artıq ikinci ildir ki, sürülər yenədə həmin yaylaqlara göndərilir. Yüzlərlə arıçı Laçın rayonunda öz təsərrüfatını qurub və bol məhsul götürür.
2025-ci ilə qədər Laçın Beynəlxalq hava limanının istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin sərəncamına əsasən Kəlbəcər-Laçın avtomobil yolu çəkilir. 72.8 km uzunluğunda yol üzərində 3 tunelin tikintisi aparılacaq, tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Laçınlıların birinci qrupu doğma şəhərlərinə gələn ilin sonuna qədər qayıda bilərlər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Cənab Prezidentimizin dediyi kimi "biz böyük qayıdışın astanasındayıq"!
Əsədov Gəray - AMEARSXM-nin
Bərdə Seysmik Stansiyasının müdiri, müharibə veteranıSiam.az
Tarix: 1-12-2022, 10:59