KONKRET.az xəbər verir ki, bu barədə dekabrın 2-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun deputatı İşxan Saqatelyan bildirib. Partiyanın deputatları parlamentdə Qarabağ və Ermənistanla bağlı bəyanatın qəbuluna səs verməyəcək.
“Hakim partiyanın fraksiyası bəyanatın mətnindən “Arsax respublikası” ifadəsinin çıxarılmasını və “Qarabağ erməniləri” ifadəsi ilə əvəz edilməsini təklif edib. Bundan əlavə, onlar mətndən öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və Ermənistanın öhdəlikləri ilə bağlı bəndləri çıxarıblar”, – Saqatelyan deyib.