Ermənistanda etiraf edirlər: Laçin dəhlizini ruslar bağlayıb
Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan Laçın dəhlizinin bağlanmasına görə Rusiya sülhməramlılarını ittiham edib.
Hurriyyet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki statusunda yazıb.
Xzmalyan Laçın yolunun bağlaması ilə əlaqədar Rusiyanın İrəvandakı səfirliyi qarşısında piket keçirməyə çağırış edib.
Tiqran Xzmalyan“Diqqətlə baxın, hansı ölkənin maşınları Laçın yolunu kəsib. Mən çox təəssüf edirəm ki, Artak Beqlaryan görmür, görsəydi, yəqin ki, hansı ölkənin səfirliyi qarşısında oturmalı olduğunu anlayardı.
Qeyd edək ki, separatçı qurumun "dövlət naziri"nin "məsləhətçisi" Artak Beqlaryan Laçın dəhlizinin bağlanmasına görə Azərbaycanı ittiham edib və BMT-nin İrəvandakı ofisinin qarşısında oturaq aksiyaya başlayıb.
bakupost.az
Tarix: 15-12-2022, 16:32